Hayek – qızıl təminatlı kriptovalyuta | Banco.az

Hayek – qızıl təminatlı kriptovalyuta

Kriptotexnologiya həvəskarlarını çətin ki, növbəti bir kripto valyutanın yaranması ilə təəccübləndirmək mümkün olsun. Amma buna baxmayaraq, Anthem Vault kompaniyasının əməkdaşları bazara tamamı ilə yeni bir kripto valyuta təqdim edir.

Onun unikallığı və bitcoin valyutasından fərqi ondadır ki, o qızıl təminatına malikdir.

Hayek adlı yeni kriptovalyutanın emissiyası 25 Mayda start götürəcək. Valyuta Nobel mükafatı laureatı avstriyalı iqtisadçı alım Fridrix Hayekin şərəfinə adlandırılıb.

Bir pul vahidinin qiyməti hər gün qızılın bazardakı 1 qramımın dəyərinə uyğun dəyişəcək. Kriptovalyutanın dəyərinin qiymətli metala bağlı olması, ondakı yığımları bitcoin-dən daha etibarlı şəkildə qorumağa imkan verəcək.

Anthem Vault kompaniyasının baş direktoru, Antem Blanşar məsələyə bağlı bildirir: “Qızıl bütün dövrlərdə ehtiyatların saxlanması üçün ən güvənli vasitə hesab olunur. Biz istəyirik ki, insanlar dəyərli metaldan istifadə etsinlər. Hətta siz qızıl sikkələri evdə saxlamasanız belə, sizin şansınız olacaq ki, onun ekvivalentini öz elektron pulqabınızda saxlayasınız”.

Ən sərfəli kredit üçün müraciət et

İş adamı qızılın qiymətinin volatilliyindən çəkinmir, çünki ötən il ərzində qızılın qiyməti yalnız dollara nisbətdə enib. Digər valyutalar isə qiymətli metala nisbətdə dəyərini itirib.

Hayek inkişaf etməkdə olan və qeyri-stabil valyutalı ölkələr üçün  alternativ ödəniş sistemidir.