Müəllif - Aida İsaq, Banco.az
Yüklərin daşınmasında hava nəqliyyatının qlobal payı azalıb.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məlumat yayıb. Beləliklə, 2022-ci ilin noyabr ayında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hava yolu ilə yüklərin daşınmasına qlobal tələbat 13,7 faiz azalıb. Beynəlxalq reyslər üzrə yük daşımalarına tələbat 14,2% azalıb. 2022-ci ilin noyabr ayında yükdaşıma qabiliyyəti 2021-ci ilin noyabr ayı ilə müqayisədə 1,9 faiz azalıb.
ABŞ, Almaniya və Cənubi Koreya istisna olmaqla, böyük iqtisadiyyata sahib ölkələr üçün qlobal mənada yeni ixrac sifarişlərinin azalması hava yolu ilə yükdaşımalara tələbatın azalmasına gətirib çıxarıb. Bundan başqa ABŞ dollarının kəskin bahalaşması da xərc təzyiqini artırıb.
Müvafiq göstərici noyabr ayı üçün Asiya-Sakit okean regionunda 18,6 faiz, Şimali Amerikada 6,6 faiz, Avropada 16,5 faiz, Yaxın Şərqdə 14,7 faiz, Afrikada 6,3 faiz azalıb. Latın Amerikasında isə yüklərin həcmi 2,8 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!