Hava yolu ilə beynəlxalq sərnişin daşınması artıb | Banco.az

Hava yolu ilə beynəlxalq sərnişin daşınması artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq hava nəqliyyatına güclü tələbat aprel ayında da davam edib.

Banco.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) aprel ayı üzrə qlobal ümumi sərnişin tələbi statistikasını əks etdirən bazar təhlilini dərc edib.

Buna görə, aprel ayında qlobal hava sərnişin dövriyyəsi ötən ilin eyni ayına nəzərən 45,8 faiz artaraq pandemiyadan əvvəlki səviyyənin 90,5 faizinə çatıb.

Bununla yanaşı, aprel ayında bir kilometrə düşən sərnişin gəliri 2022-ci ilin eyni ayına görə beynəlxalq səyahətlərdə 48 faiz, daxili səyahətlərdə isə 42,6 faiz artıb.

Qeyd edilib ki, Asiya-Sakit Okean regionu hava nəqliyyatının bərpasında əsas rol oynayıb. Belə ki, Asiya-Sakit Okean hava yolu nəqliyyatı aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 192,7 faiz, Avropa və Yaxın Şərqdə isə müvafiq olaraq 22,6 və 38 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et