Müəllif:Mehin Qasımova/Banco.az
Harvard Universiteti Kollec və Universitet Biznes Məmurlarının Milli Assosiasiyası və Commonfund İnstitutu tərəfindən tərtib edilən ABŞ-ın ən zəngin universitetləri reytinqində birinci yeri tutub.
Banco.az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
Belə ki, Harvardın ianə fondunun həcmi təxminən 49,5 milyard dollar təşkil edib. İkinci yerdə cüzi geriləmə ilə 45 milyard dollarlıq ianə ilə Texas Universiteti qərarlaşıb.
Məlumata görə,Harvardda təhsil alan tələbələrin sayı Texas Universitetindən təxminən 10 dəfə azdır.
Ən zəngin təhsil müəssisələrinin beşliyinə həmçinin Yale (40,7 milyard dollar), Stenford (36,5 milyard dollar) və Prinston (34,1 milyard dollar) universitetləri yer alıb.
Qeyd edək ki, bu reytinq 1974-cü ildən hər il tərtib edilir. Ümumilikdə, reytinq ABŞ-ın 688 kollec və universitetini təmsil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!