Harrisin kampaniyası bir həftə ərzində 200 milyon dollar ianə topladı | Banco.az

Harrisin kampaniyası bir həftə ərzində 200 milyon dollar ianə topladı

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin vitse-prezidenti Kamala Harris keçən həftə Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürdüyünü elan etdikdən sonra kampaniyası 200 milyon dollar ianə toplayıb.

Banco.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, ianələrin böyük hissəsi – 66 faizi cari ilin seçki dövründə ilk dəfə donorlardan gəlib.

Bundan əlavə, 170 mindən çox könüllü Harris kampaniyasına seçicilərin məlumatlandırılması və digər təbliğat işlərində kömək etmək üçün qeydiyyatdan keçib.

Daha əvvəl məlumat verilmişdi ki, ABŞ Milli Demokratik Komitəsi Harrisə avqustun 7-dək, yəni avqustun 19-22-də Çikaqoda keçirilməsi planlaşdırılan partiyanın qurultayına qədər Demokratlar Partiyasından prezidentliyə rəsmi namizəd olmağa imkan verəcək reqlamentləri qəbul edib. Namizədlər üçün səsvermə avqustun 1-dən 7-dək qurultay nümayəndələrinə göndəriləcək elektron bülletenlərdən istifadə edilməklə aparılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et