Cari ilin iyun ayı ərzində mediada ən çox adı hallanan sığorta şirkətləri bəlli olub. Banco.az portalı Media Consulting & Services-ə istinadən xəbər verir ki, ötən ay haqqında ən çox danışılan sığorta şirkəti Paşa Həyat Sığorta (129 ad hallanması) olub. 106 ad hallanması ilə Paşa Həyat ikinci pillədə qərar tutub. Mediada adı 61 dəfə hallanan Ata Sığorta isə 3-cü olub. Digər sığorta şirkətləri isə təxminən eyni dərəcədə medianın hədəfindən olub.
Servis xəbər verir ki, sığorta sektoru üzrə cəmi 1010 ad hallanması qeydə alınıb. Bu isə bank sektoru ilə müqayisədə dəfələrlə azdır.