Cari ilin iyul ayı ərzində mediada ən çox adı hallanan sığorta şirkətləri bəlli olub. Banco.az portalı Media Consulting & Services-ə istinadən xəbər verir ki, ötən ay haqqında ən çox danışılan sığorta şirkəti Ata Sığorta (109 ad hallanması) olub. 107 ad hallanması ilə Paşa Sığorta ikinci pillədə qərar tutub. 96 xəbər ilə Standard İnsurance üçüncü olub. Digər sığorta şirkətləri isə təxminən eyni dərəcədə medianın hədəfidən olub.
Servis xəbər verir ki, sığorta sektoru üzrə cəmi 927 ad hallanması qeydə alınıb. Bu isə bank sektoru ilə müqayisədə dəfələrlə azdır. Həmçinin iyun ayında ad hallanması sözü gedən sektorda 1010 olmuşdur.