Hansı yaşdan sonra qocalıq dövrü üçün pul yığmaq daha faydalıdır? | Banco.az

Hansı yaşdan sonra qocalıq dövrü üçün pul yığmaq daha faydalıdır?

Müəllif - Aida İsaq, Banco.az

İnsan həyatı müxtəlif yaş mərhələlərindən ibarətdir. Gənclik illərində sərbəst formada işləmək, öz ehtiyaclarımızı qarşılamaq mümkündürsə, qocalıq illərində bu işlər biraz çətinləşir. Çünkü insan həmin dövrdə fiziki cəhətdən əmək qabiliyyətini itirməyə başlayır. Buna görə, ekspertlər uzun illərdir ki, məhz gənclik illərindən qocalıq dövrü üçün ehtiyat tədbirləri görməyi tövsiyyə edir. Bəs gəlin görək, qocalıq illəri üçün ehtiyat pul yığmağa hansı yaşdan başlamaq lazımdır.

Banco.az xəbər verir ki, fond bazarı üzrə ekspert Valeri Yemelyanov bildirib ki, gənclik dövründə pensiya haqqında düşünmək məsləhətlidir. Lakin, 40 yaşında belə qocalanda əziyyət çəkməmək üçün pul yığmaq hələ də gec deyil. Onun sözlərinə görə, insan karyera zirvəsinə əksərən bu yaşdan öncə çata bilir. Buna görə də, məhz bu dövrdən sonra artıq qocalıq ehtiyatlarını toplamağa çalışmaq lazımdır. Ekspert eyni zamanda dövlət istiqrazlarını almağı, bank hesablarında əmanət yerləşdirməyi də tövsiyyə edib. Çünkü bu formada toplanan fazi gəlirləri hesabına müəyyən qədər əlavə vəsait əldə etmək mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

Sonda isə qeyd edək ki, əziz oxucular, həyatınızın hər mərhələsinin sizin öz iradənizlə idarə olunmasına çalışın. Hədəfləriniz, planlarınız, karyera istiqamətləriniz üçün daim mübarizə aparın. Bu işlərin öhdəsindən uğurla gəldikdə, həyatın hər yaşda daha komfortlu və zövqlü olacaqğından əmin olun.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et