Hansı şirkətin ən qiymətli İT brendi olduğu məlum olub | Banco.az

Hansı şirkətin ən qiymətli İT brendi olduğu məlum olub

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” “Amazon”u geridə qoyaraq, dünyanın ən qiymətli texnologiya brendi kimi liderliyini bərpa edib.

Banco.az xəbər verir ki, bu barədə “Brand Finance” araşdırmasında deyilir.

“Apple”ın brend dəyəri il ərzində 74% artaraq 516,6 milyard dollara, “Amazon” isə cəmi 3,2% artaraq 308,9 milyard dollara çatıb.

“Microsoft” korporasiyası demək olar ki, 78% (340,4 milyard dollara qədər) artım nümayiş etdirərək reytinqdə ikinci yerə yüksəlib. 

“Google” (Alphabet) üçüncü yerdə qalıb, onun brend dəyəri 18,5% artaraq 333,4 milyard dollar təşkil edib.

Bu dörd şirkət dünyanın ən dəyərli brendlərinin ümumi siyahısında oxşar yerləri tutur.

IT seqmentində brend dəyərində ən kəskin artım “Nvidia” tərəfindən qeydə alınıb - süni intellekt texnologiyalarında şirkətin mikroçiplərinə yüksək tələbat fonunda onun qiyməti 2,6 dəfə artaraq 44,5 milyard dollara çatıb.

Reytinqdə beşinci yerdə “TikTok” (84,2 milyard dollar), altıncı yerdə isə “Samsung” (82,2 milyard dollar) qərarlaşıb. Bunlar ilk 10-luğa daxil olan yeganə qeyri-ABŞ şirkətləridir.

Siyahıda daha sonra brend dəyəri 75,7 milyard dollar olan “Facebook”, “Instagram” (həmçinin “Meta” şirkətinə məxsusdur, dəyəri 70,4 milyard dollardır) və “Oracle” (53,1 milyard dollar) yer alıb.