Müəllif - Aida İsaq, Banco.az
Koronavirus pandemiyası zamanı bütün dünyada onlayn resurslara və xidmətlərə maraq artdı. Tətbiq edilən qadağalar sosial həyatımıza müəyyən qədər məhdudiyyətlər gətirmişdi. Bunun nəticəsində onlayn alış-verişlərə, təhsilə və ya digər xidmətlərə təlabat çoxaldı. Buna paralel olaraq şirkətlər də bu istiqamətə daha çox maliyyə ayırmağa başladı. Nəticədə müşahidə olunan reytinqlər öz rekordunu yenilədi.
Banco.az xəbər verir ki, dünyanın ən çox ziyarət edilən internet saytlarının adları açıqlanıb. Beləliklə “Google” gün ərzində 3,5 milyarddan çox izləyici sayı ilə liderliyə yüksəlib. 2021-ci ildə isə şirkət bu statusunu “Tiktok”a uduzmuşdu. İkinci yerdə “YouTube”, üçüncü sırada “Facebook”, dördüncü pillədə “Twitter” qərarlaşıb. “Instagram” isə siyahının ilk beşliyini tamamlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!