Hansı rəngdə olan “iPhone” modellərinə üstünlük verilir? | Banco.az

Hansı rəngdə olan “iPhone” modellərinə üstünlük verilir?

Müəllif - Aida İsaq, Banco.az

“iPhone 14” istifadəçilərinin ən çox üstünlük verdiyi rəng bəlli olub.

Banco.az xəbər verir ki, “Consumer Intelligence Research Partners” şirkətinin 2022-ci ilin dekabrına olan məlumatına görə, “iPhone 14 Pro” və “Pro Max” istifadəçilərinin 42%-i bənövşəyi modeli seçib. 23%-i qara rəngə, 24% istifadəçi qızılı modelə, 11% isə gümüşü rəngdə olan modellərə maraq göstərib.

“iPhone 14” və “14 Plus” sahiblərinin 27 faizi mavi rəngə, 26 faizi qara rəngə, 22 faizi isə bənövşəyi rəngə üstünlük verib. Həmçinin, iştirakçıların 14%-i qırmızı, 12%-i isə ağ smartfonları daha üstün hesab edib.

Ekspertlər “Apple”nin bənövşəyi “iPhone 11” və “iPhone 12” modellərində tələbatın yüksək olduğunu müşahidə edərək “iPhone 14 Pro”nun da məhz bu rəngdə olan modellərinin istehsalına üstünlük verib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram