Hansı region əhalisi daha çox kredit götürür? | Banco.az

Hansı region əhalisi daha çox kredit götürür?

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin ilk 11 ayı ərzində respublika üzrə kredit qoyuluşlarının həcmi 18151,9 mln manata bərabər olmuşdur. Vaxtı keçmiş kreditlər isə ümumi kredit qoyuluşlarının 5.4%-i təşkil edir. Kredit qoyuluşlarının 83..%-i (15.1 mln manat) Bakının payına düşür. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisinə görə isə Lənkəran iqtisadi iqtisadi rayonu liderlik edir. Belə ki, cənub bölgəsinin payına düşən 315 mln manatlıq kreditin 5.7%-i vaxtı keçmiş kreditlər təşkil edir. Vaxtı keçmiş kreditlərin ən aşağı göstəricisi isə Dağlıq Qarabağ bölgəsində müşahidə olunur. Belə ki, 110 mln manatın yalnız 3.5%-i vaxtı keçmiş kreditlər təşkil edir. Bununla yanaşı, kreditlər üzrə ən aşağı ortalama faiz dərəcələri Bakı–12.5%  və Naxçıvan–13.5% iqtisadi rayonunda qeydə alınmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Regionlar üzrə kredit qoyuluşu və vaxtı keçmiş kreditlərin faizlə ifadəsi (infoqrafika)