Hansı peyvənd neçə ölkədən razılıq alıb? | Banco.az

Hansı peyvənd neçə ölkədən razılıq alıb?

Tamara Mustafayeva, Banco.az

Hazırda dünya miqyasında dərman şirkətləri tərəfindən hazırlanan 89 müxtəlif Covid-19 əleyhinə peyvənd növü mövcuddur ki, eyni zamanda 228 növ üzrə sınaq prosedurları keçirilir və 12 firma rəsmi icazə əldə edib.

ABŞ-ın bu ilin fevral ayının sonunda Johnson&Johnson firmasının istehsal etdiyi tək dozalı Covid-19 peyvəndinə razılıq verməsindən sonra dünyanın diqqəti rəsmi razılıq əldə etməyə müvəffəq olan 12 müxtəlif peyvənd növünə yönəlib.

Pandemiyanın əvvəlindən bəri dünya miqyasında 103 ölkədə 241 milyon dozadan çox peyvənd istifadə edilib. Vaksinasiya prosesində qabaqcıl ölkələr sırasında 75.2 milyon doza ilə ABŞ birinci, 40.5 milyon doza ilə Çin ikinci, 32.7 milyon doza ilə Avropa İttifaqı ölkələri üçüncü pillədə qərarlaşıblar.

BioNTech/Pfizer:

Almaniyada Prof.Dr. Uğur Şahinin həmtəsisçisi olduğu BioNTech biotexnologiya şirkəti ilə ABŞ-ın Pfizer dərman firmasının müştərək hazırladığı "BNT162b1" peyvəndi bu vaxtadək 65 ölkədən rəsmi icazə alıb. Bu peyvəndə ilk dəfə razılıq verən ölkə isə İngiltərə olub.

Moderna:

ABŞ-ın "Moderna" dərman firmasının Beynəlxalq Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırladığı "mRNA-1273" peyvəndi bu vaxtadək 40 ölkədən rəsmi razılıq əldə edib. İlk dəfə isə Amerikada istifadəyə verilib.

Oxford/AstraZeneca:

İngiltərədə Oksford Universitetinin nəzdində fəaliyyət göstərən Cenner İnstitutunun Oksford Peyvənd Qrupu ilə birlikdə hazırladığı və istehsal lisenziyası İngilis-İsveç dərman firması AstraZeneca tərəfindən satın alınan "AZD1222" peyvəndinə indiyədək 56 ölkə razılıq verib.

Johnson & Johnson/Janssen:

Amerikanın Johnson & Johnson dərman firması ilə Belçikalı Janssen dərman firmasının birlikdə hazırladığı "Ad26COVS1" peyvəndi indiyədək Bəhreyn və ABŞ-dan razılıq alıb.

Sinopharm, Sinovac ve CanSino:

Sinopharm, Sinovac və CanSino kimi dövlətə məxsus dərman firmalarının Çin Hərbi Tip Akademiyası, Vuhan Virologiya İnstitutu, Pekin Bioloji Məhsullar İnstitutu kimi müəssisələrlə əməkdaşlıq çərçivəsində peyvənd hazırlanması işləri hələ də davam edir. Bu vaxtadək cəmi 31 ölkədən rəsmi razılıq əldə edən Sinovac peyvəndinin effektivliyi 50%, CanSino peyvəndinin effektivliyi 66%, Sinopharm peyvəndininki isə 79%-dir. Qeyd edək ki, Sinovac peyvəndinə razılıq verən ölkələr sırasında Azərbaycan və Türkiyə də var.

Gamaleya:

Gamaleya Epidemiologiya və Mikrobiologiya İnstitutunun hazırladığı Sputnik V rus peyvəndi dünya miqyasında 38 ölkədən razılıq alıb. Bu ölkələr sırasında Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Suriya və İran kimi ölkələr yer alır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram