Hansı peşə hansı şəxsiyyət tipinə uyğundur? | Banco.az

Hansı peşə hansı şəxsiyyət tipinə uyğundur?

Mütəxəssislər 9 şəxsiyyət tipini öndə tutaraq, bu şəxsiyyət strukturlarına uyğun peşələri təyin edib. 4,557 nəfərin nəticələrinə görə;

İntrovert şəxsiyyət quruluşunda olan kəslər (daxilə yönələn) 20% ilə proqram mütəxəssisi, 19% ilə mühasibat/maliyyə, 15%-i isə "ünsiyyətin" ön planda olmadığı peşələrə uyğun olarkən,

Extrovert şəxsiyyət quruluşunda olan kəslər (xaricə yönələn) 30% ilə marketinq, 24% ilə satış kimi "ünsiyyətin" çox əhəmiyyətli olduğu peşələrə uyğun olub.

Nizamlı/rəsmi şəxsiyyət quruluşunda olan kəslər 25% ilə bank işçisi, 18% ilə idarəçi asistenti kimi "intizamın" əhəmiyyətli olduğu peşələrə uyğun olarkən,

Fədakar şəxsiyyət quruluşunda olan kəslər 36% kimi yüksək bir nisbətlə müəllim, 27% ilə həkim və 20% ilə tibb bacısı kimi "qarşısındakı kəsləri düşünə bilməyin" əhəmiyyətli olduğu peşələrə uyğun gəlir.

Yenilikçi/Yaradıcı şəxsiyyət quruluşunda olan kəslər 28% ilə reklam, 16% ilə memar kimi "vizuallığın, yeni fikirlərin" əhəmiyyətli olduğu peşələrə uyğun olarkən,

Ən sərfəli kredit üçün müraciət et

Avtoritar şəxsiyyət quruluşunda olan kəslər 24% ilə layihə idarəçisi/idarəçi, 20% ilə vəkil kimi "dominant və intizamlı" olmağın əhəmiyyətli olduğu peşələrə uyğun olub.

"Hər kəslə uyğunlaşa bilən" (compatible-uzlaşan) şəxsiyyət quruluşunda olan kəslər 28% ilə katibə, 25% ilə insan resursları kimi "insan əlaqələrinin" əhəmiyyətli olduğu peşələrə uyğun olarkən,

Qabiliyyətli, istedadlı şəxsiyyət quruluşunda olan kəslər 22% ilə aşpaz, 20% ilə reklam kimi "həm əl bacarığı olan, həm də yaradıcı" olmağın əhəmiyyətli olduğu peşələrə uyğun olarkən,

Analitik şəxsiyyət quruluşunda olan kəslər 33% ilə mühəndis, 26% ilə mühasibat/maliyyə kimi " riyazi zəkanın" əhəmiyyətli olduğu peşələrə uyğun olduğu ortaya çıxır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et