Hansı ölkələrdə daha çox kitab oxuyurlar? | Banco.az

Hansı ölkələrdə daha çox kitab oxuyurlar?

"Oxumaq, oxumaq, yenə də oxumaq" - Vladimir İliç Lenin

Kitab oxumaq mədəniyyətdir. Demək olar ki, bütün neqativ hadisələrin (cinayətkarlıq, oğurluq, mübahisələr və s.) səbəbkarı kitab oxumayan şəxslərdir. Kitablar insanın həyata baxış tərzini formalaşdırır, yaddaşı gücləndirir və s. faydalarından çox danışmaq olar. Hətta bunun iqtisadi inkişafa da birmənalı təsiri vardır.

Banco.az isə sizə daha çox kitab oxuyanların oduğu ölkələri araşdırıb. Bu ölkələr sırasında Hindistan ilk yerdə durur. Belə ki, bir hindistanlı bir həftə ərzində 10 saat 42 dəqiqə vaxtını kitab oxumağa sərf edir. Qonşu ölkələrdən Rusiya bu sıralamada 7 saat 6 dəqiqə ilə 7-ci yeri tutur. Türkiyədə isə bir türk həftədə 5 saat 54 dəqiqəsini kitab oxumaqla keçirir. Bununla da, bu ölkə bu sıralamada 19-cu yeri tuta bilib.

Ölkələr Həftə ərzində 1 adamın
 kitaba sərf etdiyi vaxt
1 Hindistan 10:42
2

Tayland

9:24
3 Çin 8:00
4

Filippin

7:36
5 Misir 7:30
6

Çexiya

7:24
7 Rusiya 7:06
8

İsveç

6:54
9 Fransa 6:54
10

Macarıstan

6:48
11 Səudiyyə Ərəbistan 6:48
12

Honq Konq

6:42
13 Polşa 6:30
14

Venesuela

6:24
15

CAR

6:18
16 Avstraliya 6:18
17

İndonesiya

6:00
18 Argentina 5:54
19

Türkiyə

5:54
20 İspaniya 5:48
21

Kanada

5:48
22

Almaniya

5:42
23 ABŞ 5:42
24

İtaliya

5:36
25 Meksika 5:30
26

Birləşmiş Krallıq

5:18
27 Braziliya 5:12
28

Tayvan

5:00
29 Yaponiya 4:06
30

Koreya

3:06

Ən sərfəli kredit üçün müraciət et

Foto:Jose Antonio Alba (Pixabay)

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et