Hansı ölkələr "TikTok" platformasından istifadəni qadağan edib? | Banco.az

Hansı ölkələr "TikTok" platformasından istifadəni qadağan edib?

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TikTok” tətbiqi Çinin təbliğatını aparan fikirlərin yayılması və istifadəçi məlumatlarının oğurlanması iddiası ilə bir çox ölkə tərəfindən qadağan edilib.

Banco.az xəbər verir ki, Çin dünyaca məşhur sosial media platforması “TikTok” təhlükəsizlik və məxfilik problemləri səbəbiylə gündəmi zəbt etməyə davam edir.

ABŞ 2022-ci ilin dekabrında “TikTok”un ictimai platformalarda istifadəsini qadağan etdikdən sonra Böyük Britaniya, Norveç və Danimarka kimi ölkələr də oxşar addımları artırıb.

Avropa İttifaqı (Aİ) Komissiyası fevralın 23-də işçilərinə TikTok tətbiqini şəxsi və korporativ telefonlarından silməyi tapşırıb. Bu qərardan dərhal sonra Avropa Parlamenti (AP) də işçilərinin təhlükəsizliyi ilə bağlı narahatlığını əsas gətirərək “TikTok”u qadağan edib.

Martın 23-də isə ABŞ Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin iclasında “TikTok”un icraçı direktoru Şou Zi Çev millət vəkillərinin suallarını cavablandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Çevin Çin mərkəzli texnologiya şirkəti “ByteDance” və Çin Kommunist Partiyası (ÇKP) ilə əlaqələri, ABŞ məlumatlarının Çinə ötürülməsi, platformanın xüsusilə gənclərin psixi sağlamlığına mənfi təsiri, zərərli və siyasi məzmunun bloklanması kimi bir sıra məsələlərə verdiyi cavablar millət vəkillərini qane etməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et