Hansı ölkədə milyonçuların sayı artıb, hansında azalıb? | Banco.az

Hansı ölkədə milyonçuların sayı artıb, hansında azalıb?

Tamara Mustafayeva, Banco.az

"Credit Suisse Group"un Qlobal Sərvət Hesabatına görə, 2021-ci ildə sərvəti 1 milyon dolları keçən milyonçuların sayı 62,5 milyon nəfər təşkil edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, 2020-ci illə müqayisədə milyonçuların sayında ən çox proporsional artım qeydə alınan ölkə Yeni Zelandiya olub. Ən çox azalma isə Yaponiyada qeydə alınıb. Say hesabı ilə ən çox artım isə 2 milyon 491 min nəfərlə ABŞ-ın payına düşüb.

İndi isə gəlin digər ölkələrdə vəziyyətin necə dəyişdiyinə baxaq.

Amerika: 2 milyon 491 min

Amerikada dollar milyonçularının sayı 2020-ci ildə 21 milyon 990 min nəfər idisə, 2021-ci ildə bu göstərici 2 milyon 491 min artaraq 24 milyon 491 minə çatıb.

Çin: 1 milyon 32 min

2021-ci ildə Çində dollar milyonçularının sayı 1 milyon 32 min artaraq 5 milyon 158 mindən 6 milyon 190 minə yüksəlib.

Kanada: 430 min

2021-ci ildə Kanadada milyonçuların sayı 430 min nəfər artaraq 1 milyon 862 min nəfərdən 2 milyon 291 min nəfərə yüksəlib.

Avstraliya: 390 min

2021-ci ildə Avstraliyada milyonçuların sayı 390 min nəfər artaraq 1 milyon 787 min nəfərdən 2 milyon 177 min nəfərə yüksəlib.

İngiltərə: 266 min

2020-ci ildə İngiltərədə milyonçuların sayı 2 milyon 584 min nəfər olduğu halda, 2021-ci ildə bu rəqəm 266 min artaraq 2 milyon 849 minə çatıb.

Tayvan: 211 min

2021-ci ildə Tayvanda dollar milyonçularının sayı 658 mindən 211 min artımla 869 min nəfərə yüksəlib.

Koreya: 116 min

2021-ci ildə Koreyada dollar milyonçularının sayı 116 min artaraq 1 milyon 174 mindən 1 milyon 290 minə yüksəlib.

İsveçrə: 113 min

2021-ci ildə İsveçrədə milyonçuların sayı 113 min nəfər artaraq 1 milyon 39 min nəfərdən 1 milyon 152 min nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiya: -395 min

2021-ci ildə dollar milyonçularının sayında ən çox azalma müşahidə edilən ölkə Yaponiya olub. 2020-ci ildə 3 milyon 760 min olan milyonçuların sayı, 2021-ci ildə 395 min azalaraq 3 milyon 366 min olub.

İtaliya: -135 min

İtaliyada dollar milyonçularının sayı ötən il 135 min azalaraq 1 milyon 548 mindən 1 milyon 413 minə düşüb.

Almaniya: -58 min

Almaniyada dollar milyonçularının sayı 58 min nəfər azalaraq 2 milyon 742 mindən 2 milyon 683 minə enib.

Niderland: -56 min

2020-ci ildə Niderlandda 1 milyon 205 min milyonçu yaşayırdısa, ötən il bu rəqəm 56 min azalma ilə 1 milyon 149 minə geriləyib.

Türkiyə: -36 min

2020-ci ildə Türkiyədə 109 min milyonçu olub. 2021-ci ildə isə milyonçuların sayı 36 min azalaraq 73 minə enib.

Belçika: -26 min

2020-ci ildə Belçikada 615 min milyonçu yaşayıb. 2021-ci ildə milyonçuların sayı 26 min nəfər azalaraq 589 min nəfər olub.

Fransa: -26 min

Fransada milyonçuların sayı 26 min nəfər azalaraq 2 milyon 822 mindən 2 milyon 796 minə düşüb.

İspaniya: -17 min

İspaniyada yaşayan milyonçuların sayı ötən il 26 min nəfər azalaraq 1 milyon 149 mindən 1 milyon 132 minə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et