Hansı ölkədə Ethereum Bitcoin-dən məşhurdur? | Banco.az

Hansı ölkədə Ethereum Bitcoin-dən məşhurdur?

Kriptovalyyutalara olan maraq qiymətləri enməsinə baxmayaraq, günü-gündən artır. Məsələn, Hindistandakı kriptovalyuta ekosistemində təzyiqlərə məruz qalan həmişə Bitcoin olub. Son vaxtlar səbəbi məlum olmasa da, Bitcoin-ə olan maraq azalıb.

Ölkədə ən diqqətdə olan kriptovalyuta Ethereum-dur.

Ethereum-un yüksəlişi

Hazırda Bitcoin ilə yanaşı yüzlərlə kriptovalyuta mövcuddur. Bu çüxtəlif valyuta vahidləri altcoin adlanır. Onların sektora təsirləri Bitcoin ilə müqayisədə azdır. Ethereum bu anlamda digərlərindən fərqlənir. Statistikaya görə, Hindistanda bu kriptovalyutaya olan maraq çox artıb.

Daha dəqiq desək, Hindistanda Ethereum sözünün axtarış nisbəti digər bütün axtarışların 34.4% -ni təşkil edir. Bitcoin isə 29.9%-lə ikinci yerdə gəlir. Bu vəziyyət ölkənin kriptovalyutalara münasibətini müəyyən edir.

“BuyUCoin” adlı birjada yer alan kriptovalyutalardan başqa coinlər ölkədə məşhur deyil. Dash bütün axtarışların 5.3% -nə sahibdir. Bu cür statistikaların dərc olunmasının kriptovalyutaların dəyərinə necə təsir edəcəyi sual altındadır.

Ölkədə kriptovalyutaların gələcəyi qeyri-müəyyəndir

Hindistanda davam edən kriptovalyutalarla bağlı tənzimləmələr kriptovalyuta sənayesinin gələcəyinin qeyri-müəyyənliyini qoruyur. Ölkənin bu tipli yeni valyuta vahidlərini necə idarə etdiyinə bağlı olaraq, bazarda daha çox rəqabət və daha az yenilik görülür. Yeni tənzimləmələrin nə vaxt baş tutacağı bilinmir.

Ölkədə Ethereum-a olan böyük maraqla yanaşı, Ethereum-a sahib olan birjalar çoxlu sayda istifadəçini özlərində cəmləşdirə bilərlər. Son 5 ayda bu məşhurluq sürətlə artsa da, hekayənin yalnız bir qismi bizə anladılır.

Bitmain-in hazırladığı yeni ASIC mədənçilik cihazı Ethereum-un bütün balanslarını başdan-ayağa dəyişə bilər. Bu avadanlıqla Ethereum mədənçiliyi daha da artacaq. Tərtibatçıların isə “Proof of Stake” tətbiqinə keçəcəyi iddia edilir.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et