Hansı mağazalarda telefonların qiyməti daha sərfəlidir? | Banco.az

Hansı mağazalarda telefonların qiyməti daha sərfəlidir?

Bir çox funksiyaları özündə cəmləşdirən mobil telefonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün telefondan təkcə əlaqə vasitəsi kimi deyil, eyni zamanda şəkil çəkmək, film izləmək, kitab oxumaq, musiqi dinləmək, hətta pul qazanmaq kimi bir çox məqsədlər üçün istifadə edilir. Texnologiyanın sürətli inkişafı mobil telefonların funksiyalarının sayının daha da artmasına gətirib çıxarır. Bu inkişaf o qədər sürətlə baş verir ki, artıq bir neçə aya istifadə etdiyimiz telefonun yeni modeli çıxır.

Banco.az da öz növbəsində ən çox tələbin olduğu 3 brendə məxsus yeni model telefonlarının yerli elektronika mağazalarında qiymətlərini müqayisə edib.

Nümunə olaraq Apple şirkətinin İphone 11 Pro 256 GB, Samsung şirkətinin Samsung Galaxy S10+ 128 GB və Xiaomi şirkətinin Xiaomi Mİ 9 - 128GB telefon modelləri götürülüb. Şirkətlər 12 aylıq ödənişlə ən aşağı məbləğdən çoxa doğru sıralanıb (Maxi şirkətinin kredit ödənişi müddəti maksimum 6 aydır). Şirkətlərin adına klikləməklə modellərlə bağlı ətraflı məlumatı əldə edə bilərsiniz.

İphone 11 Pro 256 GB

Şirkət

Qiyməti İlkin ödəniş Aylıq ödəniş

Kontakt Home

3099,99 1040 226

Soliton

3299 1287 250,14*

Baku Electronics

2999 ** 259

WorldTelecom

2799 0 261

Maxi

2999 352,08 269,24

İrşad Electronics

3099 0 289,24

West Telecom

2799 840 513***

Soliton mağazalarında ilkin və aylıq ödənişin məbləği yeni, ikinci və daimi müştəri olmasından asılı olaraq dəyişir. Qeyd edək ki, cədvəldəki məbləğ yeni müştərilər üçün keçərlidir. İkinci dəfə bu mağazadan alış-veriş edirsinizsə, bu zaman bu telefon üçün ilkin olaraq 858 manat, aylıq isə 285.89 manat məbləğində pul ödəməlisiniz. Əgər siz daimi müştərisinizsə, bu halda ilkin 429 manat, aylıq isə 321.64 manat ödəməlisiniz.

Samsung Galaxy S10+ 128 GB

Şirkət

Qiyməti İlkin ödəniş Aylıq ödəniş

Soliton

2199 660 128,25*

Kontakt Home

2199,99 199 179

Wentto Electronics

2199 0 183

WorldTelecom

2199 0 183,3

Baku Electronics

2199 ** 184

Maxi

2199 258,16 197,42

İrşad Electronics

2199 0 205,24

West Telecom

1699 510 311***

Ən sərfəli kredit üçün müraciət et

Soliton mağazalarında ikinci müştəri üçün bu model telefonun ilkin ödəniş 440 manat, daimi müştərilər üçün isə 220 manatdır. Aylıq ödənişə gəldikdə isə ikinci müştəri üçün bu məbləğ 146.58 manat, daimi müştəriyə 164.92 manatdır.

Xiaomi Mİ 9 - 128GB

Şirkət

Qiymət İlkin ödəniş Aylıq ödəniş

Soliton

1039 312 60,58*

Kontakt Home

1039,99 212 69

Baku Electronics

1039 ** 87

Wentto Electronics

1039 0 87

WorldTelecom

949 0 89

İrşad Electronics

1039 0 96,97

Optimal Elektronika

1039 63 97

West Telecom

1039 312 190***

Müştərilərinə fərqli yanaşan Soliton bu modeli ikinci və daimi müştərilərinə ilkin ödənişi uyğun olaraq 208 və 104 manat tətbiq edir. Aylıq ödəniş isə 69.25 və 77.92 manat məbləğindədir.

*Qiymət yeni müştərilər üçün keçərlidir.

**Maaşa əsasən təyin edilir

*** Kreditin müddəti 6 aydır

 

Tərlan Qəhrəmanova və Tahir Əsgərli, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et