Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bu dəfə telefon həvəskarlarının hər il həvəslə gözlədiyi yeni iPhone modelinin (iPhone 16) Azərbaycanda satış qiymətini araşdırdıq.
Banco.az-ın araşdırmasına görə, hazırda bəzi mağazalarda bayram kampaniyaları mövcuddur. Belə ki, nağd alış zamanı məhsulların qiymətində endirim tətbiq edilir. Ümumilikdə demək olar ki, mağazalarda qiymətlər eynidir. Hissəli alışda isə qiymətlərdə fərq hiss olunur.
Həmçinin oxu: Hansı mağazalarda iPhone 16 (256 GB) daha ucuzdur? – Araşdırma
Araşdırmamıza daxil etdiyimiz mağazalar Baku Electronics, İrşad Electronics, iSpace, Kontakt Home, Music Gallery, myShops, Smart Electronics, Soliton, Umico Market, Wentto Electronics, West Telecom və World Telecom-dur. Araşdırdığımız məhsullar isə 128 GB yaddaşa malik iPhone 16 və iPhone 16 Pro, 512 GB yaddaşa malik iPhone 16 Pro və iPhone 16 Pro Max modelləridir.
Onu da qeyd edək ki, qeyd etdiyimiz qiymətlər nağd alış zamanı keçərlidir. Rəsmiləşdirmə zamanı komissiya tətbiq edilə bilər. Ətraflı məlumat üçün mağazalarla əlaqə saxlayın. Siyahıda qeyd etdiyimiz qiymətlər mağazaların rəsmi səhifələrində qeyd edilən qiymətlərdir.
Nağd və hissəli alış qiymətləri barədə infoqrafikdən məlumat ala bilərsiniz:
Bizi sosial şəbəkələrdən izləyin!!