Hansı elektromobillərin batareyası daha tez tükənir? | Banco.az

Hansı elektromobillərin batareyası daha tez tükənir?

“Geotab” şirkətinin mütəxəssisləri hansı elektromobillərin batareyasının daha tez tükəndiyinə aydınlıq gətiriblər.

Aparılan araşdırmalara əsasən isti ölkələrdə istifadə edilən və sürətli enerji yığan elektromobillərin batareyası daha tez tükənir.

Ekspertlərin fikrincə, küçədə istilik olduqda elektromobillərin enerjisi soyuq hava şəraitinə nisbətən daha tez tükənir. Həmçinin araşdırma zamanı məlum olub ki, müxtəlif model elektromobillər fərqli şəkildə batareya tükədir. Belə ki, su soyutma sisteminin yerləşdiyi Tesla Model S-in batareyası il ərzində 2,3% tükənir. Susoyutma sisteminin passiv işlədiyi Nissan Leaf modelində isə il ərzində batareya 4,2% tükənir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, nəticə üçün müxtəlif markalı 6 min 300 elektromobil üzərində təcrübə aparılıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et