Hansı dövlət qurumlarının neçə xidməti Elektron Hökümət Portalına inteqrasiya olunub? | Banco.az

Hansı dövlət qurumlarının neçə xidməti Elektron Hökümət Portalına inteqrasiya olunub?

Azərbaycanda dövlət idarəetmə orqanları və cəmiyyət arasında əlaqələrin İnformasiya Kommunikasiya Texnologiyaları vasitəsilə qurulması prosesi daha da sürətləndirilib. Əgər bir neçə il bundan öncə hər hansı bir xidmət üçün  xeyli sayda sənədləşmə işi ilə məşqul olmaq, uzun müddət gözləmək lazım gəlirdisə, “Elektron hökümətin” yaradılması ilə bu problem aradan qaldırılıb. Artıq bir neçə qurum öz xidmətlərinin böyük əksəriyyətini elektron şəkildə istifadəyə verib. Həmin qurumlar sırasında “e-gov.az”a elektron xidmətlərini inteqrasiya  edənlər çoxluq təşkil edir.

 

Elektron xidmətlərinin bir qismini “e-gov.az”a inteqrasiya etmiş qurumları və xidmət statistikasını təqdim edirik:

  1. Vergilər Nazirliyi 65
  2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 39
  3. Əmlak Məsələləri Dövlət Komitəsi 35
  4. Səhiyyə Nazirliyi 31
  5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27
  6. Ədliyyə Nazirliyi 26
  7. Kənd Təsərrüfatı Nazirliyi 22
  8. Dövlət İmtahan Mərkəzi 21
  9. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 18
  10. Dövlət Dəniz Administrasiyası 17
  11. "Azərsu" ASC 15
  12. Dövlət Gömrük Komitəsi 13
  13. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 12
  14. Dövlət Miqrasiya Xidməti 11
  15. Mədəniyyət  Nazirliyi 11
  16. Elektron Arayışlar 11
  17. Mərkəzi Seçki Kommisiyası 7
  18. Təhsil Nazirliyi 6
  19. İqtisadiyyat Nazirliyi 6
  20. Əqli Mülkiyyət Agentliyi 6
  21. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 5
  22. Dövlət Statistika Komitəsi 5
  23. Gənclər və İdman Nazirliyi 4
  24. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 4
  25. Energetika Nazirliyi 3
  26. Daxili İşlər Nazirliyi 3
  27. Milli Arxiv İdarəsi 2
  28. Dövlət Sərhəd Xidməti 2
  29. Fövqəladə Hallar Nazirliyi 2
  30. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 2
  31. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Xidməti 2
  32. Azərişıq ASC 2, Digər xidmətlər 2
  33. Müdafiə Sənayesi Nazirliyi 1
  34. "AzərEnerji" ASC 1
  35. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1
  36. Baş Prokurorluq 1
  37. İpoteka və Kredit Zəmanət Fondu 1
  38. Mənzil İnşaatı Dövlət Agentliyi 1
  39. Diasporla İş üzrə Dövlət Komitəsi 1
  40. Xarici İşlər Nazirliyi 1
  41. İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman 1
  42. Əmanətlərin Sığortalanması Fondu 1

Ted.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç