Əvvəllər qadınlara iş mühitində biganə yanaşılırdı. Nəticədə onlar aşağı vəzifələrdə çalışmaq məcburiyyətində qalırdılar. Qadınların ağılla deyil, hislərlə qərar verdikləri kimi yalnış düşüncələr onların iş mühitində irəli getməsinə mane olurdu. Artıq əvvəlki illərlə müqayisədə hazırki dövrdə iş mühitində, xüsusilə rəhbər vəzifələrdə qadınların sayı günü-gündən artır. Buna baxmayaraq, yenə də rəhbər vəzifələrdə qadınların sayı azdır. Azərbaycanda fəaliyyət göstərən 30 bankdan yalnız 13-nün İdarə Heyətində qadınlar çalışır. Gəlin bu banklarda çalışan rəbər xanımlarla yaxından tanış olaq.
Həmçinin bax: Niyə iş mühiti qadınları kişilərə nəzərən daha çox qəddarlaşdırır?
Həmçinin bax: Ən uğurlu iş qadınlarından məsləhətlər
Həmçinin bax: Qadınların iş dünyası
1. AccessBank
Yevgeniya Qaşikulina - İdarə Heyəti sədrinin birinci müavini
Yevgeniya Qaşikulina mikro, kiçik və orta sahibkarlığın, pərakəndə biznesin inkişafı, kredit risklərinin iradəolunması, personalın kvalifikasiyasının artırılması sahələrində 17 illik iş təcrübəsinə malikdir. 2019-cu ilin aprel ayında səhmdarların ümumi yığıncağında qəbul olunan qərara əsasən İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. O, 2019-cu ilin aprel ayınadək müxtəlif ölkələrdə və fərqli əməliyyat mühitində və təşkilatlarda iş təcrübəsi toplayaraq "I.D. Inspiring Development GmbH" şirkətində baş bankir işləyib. 2008-2015-ci illərdə kiçik və orta biznes sahəsində fəaliyyət göstərən "ProCreditBank" bank qrupunun Moldovadakı törəmə şirkətində müxtəlif rəhbər vəzifələri tutub. Bank meneceri kimi fəaliyyət göstərməzdən əvvəl Y. Qaşikulina Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan ofisində bank məsləhətçisi işləyib. O, bu vəzifədə dörd tərəfdaş bankda mikromaliyyələşdirmə departamentlərinin yaradılmasına cavabdeh olub.
2. Amrahbank
Məmmədbəyli Leyla Heybətbəy qızı - İdarə Heyətinin sədri
Leyla Məmmədbəyli 2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələrini almışdır. O, 2010-cu ildən Amrahbank ASC-də Strukturlaşdırılmış Maliyyə Departamentinin direktoru kimi fəaliyyətə başlamış və sonraki illərdə digər məsul vəzifələrdə çalışmış, 2018-cı ildən isə İdarə Heyətinin Sədri vəzifəsini icra edir.
3. AG Bank
Xələfova Səkinə Rəşid qızı - İdarə Heyətinin Üzvü, Maliyyə menecmenti departamentin direktoru
Azərbaycan Dövlət İqtisad Universitetinin əməyin iqtisadiyyatı və sosiologiyası ixtisasını bitirib.
4. AFB Bank
Lalə Quliyeva - İdarə Heyəti Sədrinin müavini
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisasında təhsil alıb.
5. Bank Avrasiya
Abbasova Səbinə Məmməd qızı - İdarə Heyətinin Üzvü, Xəzinədarlıq və Hesablaşmalar Departamentinin Direktoru
Əmək fəaliyyətinə 1996-cı ildə Most Bank Azərbaycanda Xəzinə Xidməti Departamentinin mütəxəssisi vəzifəsində başlayıb. 1997-ci ildən 2001-ci ilə qədər Bank Standartın Əməliyyat Departamentinin Baş Мütəxəssisi vəzifəsində, 2001-ci ildən 2005-ci ilə qədər Əməliyyat İdarəsinin Ödəniş Vasitələri və Klirinq şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci ildən Xalq Bankda Hesablaşmalar İdarəsinin rəisi vəzifələrində işləyib.
23 noyabr 2007-ci il tarixindən Bank Avrasiyanın Xəzinədarlıq və Hesablaşmalar Departamentinin direktoru vəzifəsində, 2018-ci ildən isə bankın İdarə Heyətinin Üzvü seçilib.
6. Expressbank
Mehriban Ocaqquliyeva - İdarə Heyətinin üzvü, Pərakəndə satış və biznesin inkişafı üzrə baş inzibatçı
Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisasını bitirən bu xanım 2004-cü ildən bank sistemində çalışır. 2009-cu ildən Expressbank ASC-də fərqli vəzifələrdə çalışıb. 2019-cu ildən Pərakəndə Satış və Biznesin İnkişafı üzrə Baş inzibatçı vəzifəsində çalışır. Bankın İdarə Heyətinin üzvüdür.
7. Günay Bank
Fəridə Ağayeva - İdarə Heyəti Sədrinin müavini
1990-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakultəsini bitirmişdir. 20 ildən artıq Bank təcrübəsinə malikdir.
8. Naxçıvan Bank
Nahidə Məmməd qızı Əliyeva - İdarə Heyətinin üzvü, Maliyyə Menecment Departamentinin direktoru
1967-1971-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. İlk əmək fəaliyyətinə 1971-ci ildə Naxçıvan MR Statistika İdarəsində İqtisadçı olaraq başlayıb. 2008-ci ildən “Naxçıvanbank” ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə Menecment Departamentinin direktorudur.
9. PAŞA Bank
Xəyalə Nağıyeva - İdarə Heyətinin üzvü
2003-2006-cı illərdə xanım Nağıyeva Deloitte MDB şirkətində maliyyə auditoru kimi çalışmışdır. 2009-cu ildən Xəyalə Nağıyeva öz fəaliyyətini PAŞA Holdinqdə investisiyalar üzrə menecer vəzifəsində davam etdirib. O, 2013-cü ildə PAŞA Holdinqin "Yüksək Potensiallı Liderlik" proqramı çərçivəsində idarəedicilər üçün müxtəlif təlim və liderlik modullarında iştirak edib. 2010-cu ildə PAŞA Bankda Audit Komitəsinin üzvü, 2012-2014-cü illərdə Komitənin sədri kimi fəaliyyət göstərib. 2015-ci ilə qədər kredit risklərinin qiymətləndrilməsi departamentinin direktoru, 2015-ci ilin sentyabrından isə İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı, 2018-ci ildən isə İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısıdır.
10. Turan Bank
Kəmalə Mustafayeva - İdarə Heyətinin üzvü, Əməliyyat Departamentinin Direktoru
11. Unibank
Vəfa Kələntərova - İdarə Heyətinin üzvü, Maliyyə üzrə Direktor, Baş maliyyə inzibatçısı
12. Xalq Bank
Natella Fikrət qızı Şahverdiyeva - İdarə Heyəti Sədrinin müavini
1965-ci il təvəllüdlü bu xanım Bakı Dövlət Universitetində təhsil alıb.
Nigar Aqşin qızı Biləndərli - İdarə Heyəti Sədrinin müavini
Nigar xanım 1974-cü il tarixində dünyaya gəlib. O, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub.
13. Yapıkredi Bank
Şəhla Səmədova - İdarə Heyətinin üzvü
1999-2005-ci illərdə Koçbank (Azərbaycan) LTD-də Bireysel bankçılıq/servis yetkilisi olaraq, 2005 -2008-cı illərdə Əməliyyat Departamentinin müdiri, 2008-2009- cu illərdə Yapı Kredi Bank Azərbaycanda Əməliyyat Qrupunun müdiri, 2012-2013- cü illərdə Əməliyyat Qrupu üzrə Baş direktorun müavini olub. 2015- ci ildən etibarən Yapı Kredi Bank Azərbaycanda Əməliyyat Qrupu üzrə Baş direktorun müavini, İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Tərlan Qəhrəmanova, Banco.az