Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bankların məhsullarından biri də avtomobil kreditləridir. Avtomobil sahibi olmaq istəyən şəxslər bu kreditlərdən rahatlıqla faydalana bilərlər. Avtokreditin məbləği, faizi və ilkin ödənişi maşının modelindən və istehsal ilindən asılı olaraq dəyişir. Bundan əlavə, avtomobili bankların əməkdaşlıq etdiyi şirkətlərdən aldığınız zaman kreditlər daha sərfəli olur. İkinci əl və ya yeni avtomobil alınmasından asılı olaraq da ilkin ödənişin məbləği fərqli olur. Hazırda avtokredit şərtləri elektrikli avtomobil almaq istəyənlər üçün daha sərfəlidir. Bu növ avtomobillər üçün bankların faizləri və ilkin ödəniş məbləği daha aşağıdır.
Avtokredit təklif edən banklar və onların şərtləri ilə ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!