Hansı banklarda pulsuz hesab aça bilərsiniz? | Banco.az

Hansı banklarda pulsuz hesab aça bilərsiniz?

Bankların təklif etdiyi ənənəvi xidmətlərdən biri də hesablaşma-kassa əməliyyatlarının həyata keçirilməsi üçün cari hesabların açılması kimi fəaliyyətlərdir. Cari hesablardan adətən istər ölkədaxili, istərsə də beynəlxalq pul köçürmələri zamanı istifadə olunur. Depozit hesablarından fərqli olaraq müddətsiz olur və məbləğin üzərinə faiz hesablanmır. Cari hesablar milli valyuta ilə yanaşı, bir sıra digər xarici valyutalarda da açıla bilər. Cari hesabların açılması üçün əksər hallarda rezidentlər üçün şəxsiyyət vəsiqəsi kifayət edir. Bank mütəxəssislərinin tez-tez rastlaşdığı hallardan biri də müştərilərin sürücülük və digər xidməti vəsiqələri şəxsiyyəti təsdiq edən sənəd kimi təqdim etmələridir. Halbuki, banklar tərəfindən rezidentlər üçün şəxsiyyəti təsdiq edən sənəd kimi şəxsiyyət vəsiqəsi, qeyri-rezidentlər üçün isə xarici pasport (ümumvətəndaş pasportları) və miqrasiya orqanları tərəfindən verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsi tələb oluna bilər.

Şəxsiyyət vəsiqəsi ilə banka müraciət edən şəxs ərizə yazır və mütəxəssisin köməyliyi ilə imza nümunəsini doldurur. Azərbaycanda hesabların açılması üzrə komissyonlar bankdan banka fərqlənir, belə ki, bəzi banklar bu xidməti pulsuz göstərdikləri halda digərlərində pullu xidmət növü hesab edilir.

Əksər hallarda səfirlik və miqrasiya qurumları tərəfindən müştərilərdən hesablarında nə qədər pulun olmasına dair sənəd gətirmələri tələb olunur. Bu zaman onlar banklara müraciət edərək arayış tələb edə bilərlər. Arayışlar, Azərbaycan dili ilə yanaşı, bir sıra xarici dillərdə - rus, türk, ingilis dillərində verilə bilər. 

Bankın adı

Hesab açma haqqı Arayış üçün komissyon
AccessBank pulsuz pulsuz
Bank of Baku pulsuz pulsuz
Muğanbank pulsuz pulsuz
NBC Bank pulsuz pulsuz
Zamin Bank pulsuz pulsuz
AFB Bank pulsuz pulsuz
Amrahbank pulsuz 2 manat
Deka Bank pulsuz 2 manat
Kredo Bank pulsuz 2 manat
Turanbank pulsuz 2 manat
Unibank pulsuz 5 manat
Expressbank pulsuz 2 manat1
BTB Bank pulsuz 3 manat
Xalq Bank pulsuz 3 manat
Nikoil Bank pulsuz 3 manat2
ASB Bank pulsuz 5 manat
Atabank pulsuz 5 manat
Atrabank pulsuz 5 manat
Bank Avrasiya pulsuz 5 manat
DəmirBank pulsuz 5 manat
Bank Respublika pulsuz 10 manat
Bank Silk Way pulsuz 10 manat
Günay Bank pulsuz 10 manat
AGBank pulsuz 0.5% (min 10 manat)
Bank VTB Azərbaycan pulsuz 11.8 manat (18% ƏDV)3
Parabank pulsuz 20 manat
Kapital Bank 10 manat pulsuz
Naxçıvan Bank 5 manat 10 manat
Yapı Kredi Bank Azərbaycan 8 manat4 10 manat
Azərbaycan Kredit Bankı 10 manat5 2 manat
Rabitəbank 10 manat 2 manat
Bank Technique 10 manat 8 manat
Beynəlxalq Bank 10 manat 10 manat
Azər-Türk Bank 10 manat 15 manat

 

Ən sərfəli kredit üçün müraciət et

rus və ingilis dillərində - 10 manat

2 1000 EUR/USD məbləğində mədaxil edildikdə, hesabın açılması, arayış və çıxarışların verilməsi pulsuzdur

3 Azərbaycan və rus dillərində - 11.8 manat; ingilis dilində - 17.7 manat (18% ƏDV)

4 tələbələr üçün hesabların açılması - 4 manat

5 xarici valyutada hesabın açılması - pulsuz

Qeyd edək ki, məlumatlar mövcud bankların saytlarından toplanmışdır. Bir çox bankda tariflər haqqında məlumatlar paylaşılmadığından banklara zəng edilərək məlumatlar toplanılmışdır.