Hansı banklar təhsil krediti verir? | Banco.az

Hansı banklar təhsil krediti verir?

Sabahdan etibarən Azərbaycanda yeni tədris ili başlayır. Ölkədəki təhsil müəssisələrində ödənişli üsullarla təhsil alan kifayət qədər tələbə və şagird var.  

Banco.az-ın araşdırmasına görə, təhsillə bağlı xərcləri qarşılamaq üçün Azərbaycanda iki bank – "Xalq Bank" və "Bank of Baku" "Təhsil krediti" məhsulunu təklif edir. Bu kredit məhsulu təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbə və şagirdlərin təhsil haqlarının ödənilməsi üçün nəzərdə tutulub.

"Xalq Bank"da yaşı 20-dən 70-ə qədər olan və son iş yerində stajı minimum 6 ay olan hər kəs təhsil kreditini əldə edə bilər.

"Bank of Baku"da isə ödənişli əsaslarla təhsil alan şəxslər və onların ailə üzvləri bu kreditdən faydalana bilərlər. Bankın son iş yerindən stajla bağlı tələbi minimum 3 ay, yaş tələbi isə 20 yaşdan 70 yaşa qədərdir.

Lazım olunan sənədlər isə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd, tələbənin şəxsiyyətini təsdiq edən sənəd, gəlirləri təsdiq edən sənəd, tələbənin ödənişli əsaslarla təhsil aldığını təsdiq edən sənəddir.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı cədvəldən hər iki bankdakı kreditin məbləği, faiz dərəcəsi, müddəti və komissiya haqqı barədə ətraflı məlumat ala bilərsiniz. 

Qeyd: Kreditin şərtləri ilə bağlı digər məlumatları bankların adlarına ("Xalq Bank""Bank of Baku") klikləyərək öyrənmək mümkündür. 

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et