Hansı banklar krediti elektron arayış əsasında verir? | Banco.az

Hansı banklar krediti elektron arayış əsasında verir?

Bankların xidmətlərindən təcili istifadə etmək istəyirsiniz, amma iş yerindən arayış almaq üçün gözləməyə zamanınız yoxdur? Artıq siz iş yerinizdən arayış gətirmədən də banklardan kredit almaq üçün müraciət edə bilərsiniz. Banklarla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər.

Ötən ilin sonuncu rübündə vətəndaşların istifadəsinə verilmiş "Elektron Arayışlar" xidməti istər siravi vətəndaşlar, istərsədə bizneslər üçün xeyli səmərəyə malikdir. Artıq ölkənin əsas bankları bu arayışlardan istifadəni öz işinin tərkib hissəsinə çevirib. Hazırda, bir neçə bank və kredit təşkilatı daxili işlərin sadələşdirilməsi, müştəri rahatlığının təmin olunması məqsədilə operativ vasitə olan elektron arayışlardan istifadə edir.

Elektron arayışla kredit rəsmiləşdirilməsi sadə üsulla həyata keçirilir. Müştəri Bankın daxilində quraşdırılan xüsusi kompüterlər vasitəsilə Elektron Hökümət Portalına daxil olaraq, elektron arayışı hazırlayıb Banka təqdim edə biləcək. Həmçinin, www.e-gov.az “Elektron hökumət” portalına daxil olaraq, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə elektron arayışı tərtib edib, daha sonra kredit sifarişi üçün məlumatın göndərilməsi bölməsində müvafiq bankı seçərək elektron arayışı onlayn rejimdə Banka göndərə bilər. Eyni zamanda müştəri iş yeri, əmək haqqı və digər məlumatları özündə əks etdirən elektron arayışı çap edərək və ya yalnız arayışın nömrəsini qeyd edərək Bankın istənilən filialına yaxınlaşa bilər. Qeyd edək ki, Elektron Hökumət Portalına sadələşdirilmiş kod parollarla yanaşı həmçinin elektron imza sertifikatı, “ASAN imza” və Portal tərəfindən təqdim olunan istənilən identifikasiya vasitələri ilə də daxil olmaq mümkündür.

Bu xidmətdən istifadə etmək üçün vətəndaş "Elektron Hökumət” portalında autentifikasiyadan keçməlidir. İstifadəçi öz seçiminə uyğun autentifikasiya vasitəsindən kecdikdən sonra xidmətdən yararlana bilər və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün elektron xidmətdən istifadə zamanı vətəndaşın fərdi məlumatları elektron xidmətdə öz əksini tapacaq. İstiafdəçi elektron arayışını banka göndərdikdən sonra mütəxəssislər vətəndaşla əlaqə saxlayaraq elektron arayışın icra statusu haqqında məlumat verəcəklər.

“Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadə dinamikası sürətlə artır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər olan dövr ərzində portal üzərindən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” “İş yerindən arayış” e-xidmətləri vasitəsilə 120 mindən artıq e-arayış formalaşdırılaraq müvafiq qurumlara təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Elektron arayış sisteminin istifadə edərək vətəndaşlar bir sıra üstünlüklər əldə etmiş olacaq:

-Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;

-Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

-Bürokratik proseslər ləğv edilməsi;

-İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;

-Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Kredit əməliyyatlarının aparılması prosesində e-arayışları tətbiq edən bankların siyahısını təqdim edirik.

Access Bank

AG Bank

Azərbaycan Beynəlxalq Bankı

Bank of Baku

Bank BTB

Bank Respublika

DəmirBank

Express Bank

NBC Bank

Mugan Bank

Unibank

Rabitəbank

Yapı Kredi Azərbaycan