Banklar getdikcə öz fəaliyyətlərini genişləndirir, maliyyə sektorunun müxtəlif istiqamətlərində xidmətlər təklif etməyə başlayırlar. Bu tip xidmətlərə broker əməliyyatlarını aid etmək olar. Broker fəaliyyətinin lisenziyalaşdırılması AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. AR qanunvericiliyinə görə broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Hazırda Azərbaycanda 15 şirkət broker xidmətləri göstərir ki, onlardan da 9-u banklara məxsusdur. Diqqətinizə broker fəaliyyəti ilə məşğul olan bankları çatdırırıq:
Bankın adı | Təşkilatın adı | Lisenziyanın bitmə tarixi |
AtaBank | Brokdil-Az | 13.05.2018 |
Bank of Baku | BoB Broker | 16.05.2017 |
Bank Standard | Standard Capital | 14.09.2014 |
Bank Technique | Texnika Kapital Menecment | 19.02.2018 |
DəmirBank | ADB Broker | 29.06.2015 |
Paşa Bank | Paşa Kapital | 24.08.2017 |
Unibank | Unicapital | 22.01.2018 |
Xalq Bank | Xalq Kapital | 28.10.2014 |
Yapı Kredi Bank Azərbaycan | Yapı Kredi İnvest | 05.02.2018 |
Yuxarıda göstərilən təşkilatlardan "Standart Capital" MMC və "Xalq Kapital" MMC-in lisenziya müddəti bu yaxınlarda bitir.
Broker fəaliyyəti ilə məşğul olan digər təşkilatlara Çelsi Kapital, İnterneyşnl Tranzakşn Sistem, Qarant İnvest, PSG-Broker, İnvest-Az və AzFinance İnvest aiddir.