Hansı banklar hədiyyə kartları təklif edir? | Banco.az

Hansı banklar hədiyyə kartları təklif edir?

Bu məqalədə bankların hədiyyə kartlarından bəhs edəcəyik. Bankların bu məhsulları tam da hədiyyə seçimində çətinlik çəkənlər üçündür.  Digər tərəfdən bu kartlar hədiyyə almaq üçün günlərlə vaxt sərf etməyin qarşısını alır. Bu növ kartların üzərində kart sahibinin adı qeyd olunmur. Kart kimə hədiyyə olunarsa, həmin şəxs də onun sahibinə çevrilir. Bu tipli kartlarda şəxsin hədiyyə etmək və ya köçürmək istədiyi məbləğ olur. İstifadə müddəti isə 1 il müddətində olur. Bu kartlar xüsusi zərflərdə olur. Hədiyyə kartlarını yalnız iki bankın filiallarından əldə edə bilərsiniz: Kapital Bank və Unibank

Kapital Bank

Bankın 4 fərqli məbləğdə hədiyyə kartı var: 50 AZN, 100 AZN, 200 AZN və 500 AZN. Bu kartları əldə etmək üçün kartın balansından əlavə ödəniş etmək lazımdır. 50 manatlıq hədiyyə kartı üçün əlalvə 1 (cəmi 51 AZN), 100 manatlıq kart üçün əlavə 2 (cəmi 102 AZN), 200 manatlıq kart üçün 4  (cəmi 204 AZN), 500 manatlıq kart üçün isə 10 manat (cəmi 510 AZN) ödəmək lazımdır.  

Kartı hədiyyə etdiyiniz şəxs həmin kartla bankın yalnız POS-terminalları olan xidmət nöqtələrində alış-veriş edə, bankın öz bankomatlardan və ya  bankın filialında nağdlaşdıra bilər. Həmçinin həmin kart ilə birbank mobil tətbiqində qeydiyyat keçərək bankın mobil tətbiqindən də istifadə edə bilərsiniz.

Bu kartları isə yalnız bankın 4 filialından - Mərkəz, Yasamal, Səbail və Gənclik Mall filiallarından əldə edə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Unibank

Unibank da 4 fərqli məbləğdə hədiyyə kartları təklif edir: 50 AZN, 100 AZN, 150 AZN, 500 AZN. Lakin bu kartları əldə etmək üçün isə əlavə ödəniiş etməyə ehtiyac yoxdur. Yəni 50 manatlıq kartı əldə etmək üçün sadəcə kartın balansındakı məbləği ödəməklə kartı əldə etmiş olursunuz. Hədiyyə kartları ilə alış-verişi isə yalnız Unibankın partnyor şəbəkəsindən etmək olar. Bankın partnyor şəbəkəsi ilə buradan tanış ola bilərsiniz  - http://albali.az/az/partnyorlar 

Kartı onlayn sifariş etmək üçün linkə keçid edə bilərsiniz - https://bit.ly/3dvZysC. Eyni zamanda, Ubank Mobile tətbiqindən də onlayn sifariş edə və ya bankın istənilən filialından əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et