Visa İnfinite kartı premium kartlarının ən üstün növü VİP müştərilər üçün nəzərdə tutulub və bir sıra üstünlüklərə malikdir. Dünyanın nüfuzlu otel və turizm agentlikləri tərəfindən lüks paketlərin endirimlə əldə olunması və konsyerj xidməti (Konsyerj xidməti 4 və 5 ulduzlu otellərdə mövcud olan çox sərfəli xidmətdir. Bu xidmət qanunlar çərçivəsində qonaqların istəklərini yerinə yetirməyə xidmət edir. Konsyerj qonaq üçün teatr bileti tapa, restoran sifariş edə və s. edə bilər) bu kartın üstünlüklərindəndir. Eyni zamanda, əksər beynəlxalq hava limanlarının biznes salonlarına giriş təminatı, tibbi və hüquqi yardım çağrı mərkəzi və xarici səfərlərin sığortalanması kimi də əlavə premium xidmətlərə malikdir.
Həmçinin bax: Ən sərfəli premium kart hansıdır?
Həmçinin bax: Ən sərfəli Visa Classic və Mastercard Standard kartı hansıdır?
VİP müştərilər üçün kartlar təklif edən banklar və onların qiymətləri ilə cədvəldən tanış ola bilərsiniz.
Banklar | 1 illik | 2 illik | 3 illik |
Accesbank* |
pulsuz | - | - |
AFB Bank |
₼ 250 |
₼ 350 | ₼ 450 |
AG Bank |
₼ 200 | ₼ 296 | - |
Amrahbank** |
₼ 200 | ₼ 250 | ₼ 300 |
Beynəlxalq Bank |
₼ 350 | - | - |
Azər Türk Bank*** |
₼ 250 | ₼ 375 | ₼ 500 |
Bank of Baku |
₼ 100 | ₼ 300 | ₼ 400 |
Kapital Bank |
₼ 300 | ₼ 500 | ₼ 600 |
Kapital Bank (Visa Trio) |
₼ 350 | ₼ 550 | ₼ 650 |
Muğanbank |
₼ 300 | ₼ 400 | ₼ 500 |
Unibank**** | - | ₼ 450 | ₼ 600 |
* İlkin mədaxil 30 000 AZN olmalıdır.
** İlkin mədaxil 10 000 AZN/USD/EUR
*** Müştəri karta ilkin 10 000 AZN (və ya xarici valyuta ekvivalenti) mədaxil edərsə, kart pulsuz verilir.
**** Pulsuz əlavə Albalı Platinum kart verilir və səfirliyə (VİZA üçün) pulsuz arayış təqdim olunur.
Tərlan Qəhrəmanova, Banco.az