2019-cu ilin ikinci rübündə bankların yalnız 9-u dövlət büdcəsinə vergi ödəmişdir. Digər banklar isə cari ildə və əvvəlki illərdə zərərlə üzləşdiyindən vergi ödəməmişdir. Bu banklar II rüb ərzində cəmi 35 milyon manat mənfəət vergisi ödəyib. Bu banklar arasında ən çox vergi ödəyən də II rübdə 73 milyon manat mənfəət qazanan Kapital Bank olub. O, qazandığı bu mənfəətdən 19.7 milyon manatı vergi şəklində dövlət büdcəsinə ödəyib. Ən az vergi isə 35 min manat Unibank tərəfindən ödənilib.
Banklar |
Mənfəət vergisi |
Kapital Bank |
19 667 000 |
Bank of Baku |
8 356 000 |
Xalq Bank |
3 521 690 |
ASB |
1 324 210 |
Yapı Kredi Bank |
1 096 000 |
Premium Bank |
747 000 |
Paşa Bank |
335 000 |
Ziraat Bank |
43 120 |
Unibank |
35 000 |
Cəmi | 35 125 020 |
Tərlan Qəhrəmanova, Banco.az