Hansı banklar bu il yeni filiallar açıb | Banco.az

Hansı banklar bu il yeni filiallar açıb

Maliyyə xidmətlərinə çıxış əldə edilməsi və kreditləşmə həcminə görə paytaxtımız həmişə regionlardan çox öndə olub.

Lakin indiki tendensiya onu göstərir ki, banklar regionlara genişlənmək istəyir. Ola bilsin ki, məhz regionlarda hələ ki, kreditlə yüklənməmiş və ya hər hansı bir bankla heç bir müştəri münasibətləri qurmayan azad auditoriyanın olması bankları bu addıma vadar edir. Digər tərəfdən, banklar real iqtisadiyyata yatırım etməli və biznes kreditlərinə daha çox yer verməlidir.

Beləliklə, bu il hansı banklar filial açıb:

AccessBank

Bu il sadəcə 1 yeni filialımız açılıb - Kürdəmir. Hal-hazırda Bankın 42 filialı var.

AmrahBank

Bu il Bankın “Sahil” və “Şəmkir” filialları yeni fəaliyyətə başlayıb. Həmçinin “Massallı” filialı yeni ünvana köçürülüb. Sahil fililının açılması  ilə “Amrahbank”ın filiallarının sayı 24-ə çatıb.

Bank of Baku

Bu il Yeni Gəncə filialı və Günəşli filialı açılıb.. Baş ofis  də xidmət mərkəzi kimi fəaliyyət göstərir. Bununla da xidmət şəbəkəsinin sayı 26-ya çatıb.

Bank Standard

Bankımız bu il "Korporativ" filialını müştərilərin xidmətinə verdi. Hazırda 13 filial və bir şöbəmiz fəaliyyət göstərir. Baş ofisimiz isə həm də müştərilərə xidmət mərkəzidir.

Bank Respublika

2014-cü il ərzində “Bank Respublika” ASC-də yalnız Memar Əcəmi şöbəsi filiala çevrilmişdir. Cəm olaraq filial və şöbələrimizin sayı dəyişməmişdir. Belə ki, hal-hazırda Bankımızın xidmət şəbəkəsi 31 filial və 3 şöbədən ibarətdir. Bundan başqa əlavə etmək istərdik ki, Bankımızın baş ofisi də müştərilərə xidmət göstərməkdədir.

Nikoil Bank

Bu il ərzində yeni 2 filialın açılışı həyata keçirilmişdir (13 saylı və Masallı filialları). Hal hazırda Bankın 20 filialı var. Baş ofisin nəzdində Müştəri xidməti mərkəzi fəaliyyət göstərir.

Azərbaycan Sənaye Bankı

Hal-hazırda Bankımızın filiallarının sayı 10-dur. Bankımızın Təbriz filialının yeri dəyişdirilmiş, hal-hazırda Nərimanov filialı adı altında fəaliyyət göstərir.

Unibank

        2014-ci il ərzində Salyan, "Həzi Aslanov",  Xaçmaz və "Qara Qarayev"  filialları açılıb.  "Qara Qayayev" filialı ilə birgə Baş ofis daxil olmaqla filialların sayı 38-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB Aəzrbaycan

Bu il Bank VTB Azərbaycanın “İçəri Şəhər”, “Bakıxanov“, Azadlıq” , “Sahil”, “Əhmədli” filiallarının açılışı olub. 2014-cü ilin sonuna qədər Bakıda və regionlarda daha 5 satış nöqtəsinin açılması planlaşdırılır. Hal-hazırda filialların sayı isə (Baş ofisi saymasaq) 9 ədəddir.

RabitəBank

Bu il Masallı və Xırdalan filialları müştərilərimizin xidmətinə verilib. Hal-hazırda bizim Bankın 22 filial və 2 şöbəsi fəaliyyət göstərir.

MuğanBank

MuğanBankın bu il 12 yeni filialı fəaliyyətə başlayıb. Belə ki, bankın Bakı şəhərində “VİP” filialı, Şəki, Zaqatala, Şirvan, Şəmkir, Salyan, XaçmazQazax Şamaxı, AğcəbədiSaatlı və Bərdə şəhərlərində isə 11 yeni filialı açılmışdır.

Zamin Bank

Zaminbank ASC-nin Salyan şəhərində yerləşən 16 saylı şöbəsi 25 avqust 2014-cü il tarixindən “Səlyan” filialı kimi xidmət göstərir. Bankın 39 filialı və 17 şöbəsi vardır

DəmirBank

DəmirBankın Xırdalan şəhərində sayda 33-cü olan filialının açılışı olub. Baş ofisdə də əməliyyat idarəsi vardır.

Bank Technique

Filial sayında artım olmasa da, bəzi filiallar  öz yerini dəyişib. “Bank Technique”in “Nəsimi” filialı ünvanını dəyişdirərək, Xaqani küç., 39-da fəaliyyətə başlayıb. Həmçinin “Proqress” filialı, 27 mart 2014-cü il tarixindən etibarən, öz fəaliyyətini Bakı ş., Atatürk prospekti, 1107 ünvanında davam etdirir. Bununla yanaşı notariat əməliyyatlarının icrası və alqı-satqı əməliyyatlarının sürətləndirilməsi məqsədilə, Bakı şəhərində yerləşən daha 8 notariat kontorları nəzdində “Bank Technique” ASC-nin yeni şöbələri yaradılıb.  Hazırda bankın 29 filialı vardır.

“Bank Technique” ASC-nin Müştəri Xidməti Departamenti Atatürk prospekti, 1107 ünvanından köçürülərək Babək prospekti 16, ünvanında yerləşən yeni inzibatı binada fəaliyyət  göstərir.

Bank BTB

Bank BTB-nin “Rabitə” filialı daha operativ və rahat xidmət göstərmək məqsədilə Bakı şəh., Bakıxanov qəs., Sülh küç., 1D ünvanına köçüb.

TuranBank

Bu il yeni Cəlilabad filialımız açılıb, cəmi 12 filialımız fəaliyyət göstərir.  Həmçinin Baş ofis də xidmət mərkəzi kimi fəaliyyət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et