Hansı bankla xaricdə daha sərfəlidir? | Banco.az

Hansı bankla xaricdə daha sərfəlidir?

Bu məqaləni oxuyan zaman bəlkə də əksəriyyətiniz iş başındasınız, amma ürəyinizdən buradan çox uzaqlarda, dünyanın dilbər güşələrindən birində olmaq keçir. Axı indi istirahət mövsümüdür, hamının dincəldiyi anda siz isə iş görürsünüz. Bəlkə buna son qoyasınız:

Səyahətə getmək çoxları üçün ya “vaxt” ya da “pul söhbətinə” çevilir. Ya zaman, ya da maddi durumunuz imkan vermir ki, bu arzunuz gerçəkləşsin. Amma bilin ki, indi özünüzə zaman ayrımasanız, həmin zaman heç vaxt geri gəlməyəcək.

Pul problemini həll etmək üçün isə Banklar var. İndi dincəlin, sonra ödəyərsiniz. Dincəlmədən işləsəniz enerjiniz və həvəsiniz də qalamayacaq.

Beləliklə səyahətə getmək arzusu olanlar üçün Bankların “turizm” və ya “səyahət krediti altında” təklif etdiyi məhsulları sizə təqdim  edirik.

Banklarımız əksər hallarda müəyyən tur agentliyi və ya “travel şirkəti” ilə əməkdaşlıq edir və siz göstərilən ilkin məbləği bankda və ya şirkətdə ödəməli olursunuz. Bu məbləğ paketin 20-30% həcmində olur. Verilən kreditlər isə iş yerindən arayış təqdim etməklə (minimum iş təcrübəsi 6 ay) əməkhaqqının 2-3 mislində verilə bilər.

Bu məhsulu təqdim edən bankların şərtləri ilə daha ətraflı tanış olmaq üçün isə müvafiq linklərdən keçid edə bilərsiniz.

TBC Kredit, NBC Bank, DəmirBank, Azər-Türk Bank, Bank Silk Way, Bank of Baku, Rabitə Bank, Bank Respublika.

Ən sərfəli kredit üçün müraciət et

Şərtlərin müqayisəni isə öz öhdənizə buraxırıq.

Bununla yanaşı Banklar öz kredit və ya taksit  kart layihələri çərçivəsində də müxtəlif kampaniyalar təklif edir ki, bu da sizin səfərinizi sizin üçün daha sərfəli edə bilər. Plastik kartla səfərə çıxmaq həqiqətən ən məntiqli seçim kimi görünür.

Sizə səyahətlərlə bağlı ən son və maraqlı kampaniyaları da təqdim edirik.  

Daha geniş məlumat üçün müraciət edə bilərsiniz.

Bank of Azerbaijan, Bank Respublika, Unibank, Bank of Baku, Yapı Kredi Bank.

Qeyd: “Unibank” həm də 10 iyul- 11 avqust 2014-cü il tarixlərində “Albalı Plus  kartı əldə edinlər arasında  və stimullaşdırıcı lotereya keçirir.

Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et