Azər-Türk Bankın səhmdarlarının tərkibi dəyişib. Bu barədə bankın rəsmi saytına istinadən edən Banco.az məlumat verir.
Hazırda, nizamnamə kapitalı 50,000,000.00 AZN təşkil edən Bankın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%), Türkiyə Respublikası Ziraat Bank (12,37 %), AzRe Təkrarsığorta ASC (6.55%), "Qala Həyat" Sığorta Şirkəti ASC (5.00%) və Ziraat Bank İnternational (1.08%).