Bildiyimiz kimi 20 sentyabr tarixi 2001-ci ildən Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur. Bu günlə əlaqədar neft-qaz sahəsində çalışanlar üçün şirkətlər tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir.
Banklar da "Neftçilər günü"nü qeyd etməkdən geri qalmayıb. Belə ki, bir neçə bank bayramla əlaqədar olaraq bu peşə sahibləri üçün müxtəlif kampaniyalara başlayıblar. Bu kampaniyalar çərçivəsində kreditlər üçün müxtəlif güzəştlər, endirimlər və digər üstünlüklər təklif olunur.
Hər bir bankın neftçilərə özəl nağd pul kreditləri üzrə güzəşt kampaniyalarının şərtlərini sizlər üçün araşdırdıq və cədvəl çəklinə gətirdik:
Bank |
Kredit məbləği |
Faiz |
Komission haqqı |
Kampaniya müddəti |
Əlavə üstünlüklər |
Bank BTB |
5.000 |
30% |
0% |
20.09.2017- 20.10.2017 |
3000 AZN-ə qədər məbləğ üçün zamin tələb olunmur |
Bank of Baku |
10.000 |
26-32% |
0% |
18.09.2017-31.10.2017 |
Kredit üzrə əsas borc ödənişini 2017-ci ildə yox, 2018-ci ilin ilk ayından etibarən ödəyə biləcəksiniz. Məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə |
Beynəlxalq Bank1 |
15.000 |
25-27% |
0% |
19.09.2017-25.09.2017 |
3000 AZN-ə qədər məbləğ üçün zamin tələb olunmur |
Expressbank |
10.000 |
28% |
0% |
18.09.2017-25.09.2017 |
- |
Unibank |
15.000 |
23-33% |
1% |
18.09.2017-22.09.2017 |
Heç bir zamin tələbi yoxdur; |
Rabitəbank |
10.000 |
20-28% |
1% |
19.09.2017-30.09.2017 |
Faiz endirimi iş stajından asılı olaraq tətbiq olunur |
1. Beynəlxalq Bank-ın güzəşt kampaniyasından yararlanmaq üçün əmək haqqı kartınız bu banka məxsus olmalıdır.
Qeyd edək ki, bankların əksəriyyətində kredit müddəti 3 ilə qədərdir.
Kampaniaylar çərçivəsində hər bir bankın nağd pul krediti üçün müəyyən etdiyi məbləği, faiz dərəcəsini, komission haqqını və digər şərtləri sizlər üçün müəyyən etdik. Hansı bankın şərtlərinin daha sərfəli olduğuna siz qərar verin.