Müəllimlərin cəmiyyətin inkişafında xüsusi rolunu nəzərə alaraq hələ 1994-cu ildən UNESCO tərəfindən 5 oktyabr tarixi "Ümumdünya Müəllimlər Günü" kimi hər il dünyanın 100-dən çox ölkəsində qeyd olunur.
Banklarımız da öz növbəsində bu peşə sahiblərini öz endirimli kredit faizləri ilə təbrik edir. Bəs hansı bankın müəllimlər üçün kampaniyası daha sərfəlidir?
Banco.az bu dəfə bankların müəllimlərə təklif etdiyi kampaniyaları araşdırıb.
Banklar |
Kreditin maksimum məbləği |
Kreditin müddəti | İllik faiz dərəcəsi | Kampaniyanın müddəti |
Bank Respublika |
₼ 30 000 |
36 ayadək | 15% | 1-15 oktyabr |
Bank of Baku |
₼ 20 000 |
48 ayadək | 16% | 30 sentyabr-31 oktyabr |
Expressbank | ₼ 25 000 | 48 ayadək | 17% | 1-15 oktyabr |
AFB Bank | ₼ 15 000 | 48 ayadək | 18% | 23 sentyabr-15 oktyabr |
Beynəlxalq Bank | ₼ 20 000 | 48 ayadək | 18% | 3-10 oktyabr |
AccessBank | ₼ 30 000 | 36 ayadək | 19% | 1-31 oktyabr |
Tərlan Qəhrəmanova, Banco.az