Hansı bankın mobil tətbiqi ilə ƏDV-ni geri almaq olar? | Banco.az

Hansı bankın mobil tətbiqi ilə ƏDV-ni geri almaq olar?

1 yanvar 2019-cu il tarixindən etibarən tətbiq edilən  “ƏDV geri al” layihəsi çərçivəsində ötən ilin noyabrına kimi istehlakçılara 120 milyon manata yaxın vəsait qaytarılıb. 

Bu ilin yanvarın 1-dən etibarən isə “ƏDV geri al” layihəsi ilə bağlı bir sıra dəyişikliklər olub. Bunlardan biri, ƏDV-nin bir hissəsinin geri alınması pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallarla yanaşı, tibbi xidmətlərə də şamil olunmasıdır. Digər tərəfdən, alkoqollu içkilər və tütün məmulatlarına, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılıb.

ƏDV-nin bir hissəsinin qeri qaytarılmasını isə bir neçə mobil tətbiq vasitəsilə həyata keçirə bilərsiniz. Bunun üçün sadəcə aplikasiyanı yükləyərək qeydiyyatdan keçmək lazımdır. Hər dəfə aldığınız mal və ya xidmətin ödəniş çekinin üzərindəki QR kodunu həmin tətbiqlə oxutmaq kifayət edir ki, ƏDV-nin bir hissəsinin hesabınıza geri qayıtsın. 

İndi isə gələk, bu mobil tətbiqlərə. İlk vaxtlar bu funksiya yalnız Birbank vasitəsilə ilə mümkün idisə, artıq ondan başqa daha 5 bankın mobil tətbiqində bu mümkündür. Eyni zamanda, Hesab.az və Umico tətbiqlərindən də istifadə edərək ƏDV-nin bir hissəsini geri ala bilərsiniz. Həmin bankların mobil tətbiqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Aşağıdakı cədvəldən siz tətbiqləri telefonunuzun sisteminə uyğun olaraq App Store yükləyə bilərsiniz. 

Bankın adı

Mobil tətbiqin adı

App Store-da tətbiqin linki

ABB

ABB Mobile

https://apple.co/3100I74

Bank Respublika

Mobil Şöbə

https://apple.co/30Znzjg

KapitalBank

BirBank

https://apple.co/3h5oa8v

Premium Bank

Premium Mobile Bank

https://apple.co/3h8FklF

Rabitəbank

Rabitabank

https://apple.co/2E7nCR3

Unibank

UBank

https://apple.co/2PXEaxJ

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı cədvəldən isə siz tətbiqləri telefonunuzun sisteminə uyğun olaraq Play marketdən yükləyə bilərsiniz.

Bankın adı Mobil tətbiqin adı

Play marketdə tətbiqin linki

ABB ABB Mobile

https://bit.ly/31RKoo4

Bank Respublika Mobil Şöbə

https://bit.ly/2DXxME0

KapitalBank BirBank

https://bit.ly/3iJSPsD

Premium Bank Premium Mobile Bank

https://bit.ly/3j33UoX

Rabitəbank Rabitabank

https://bit.ly/3aDua63

Unibank uBank

https://bit.ly/3kRnYw5

Qeyd edək ki, ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcıya qaytarılır.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et