"Cash back" xərclədiyiniz pulun bir hissəsinin sizə qayıtması prosesidir. Bu, adətən hər hansı məhsula və ya bankın hər hansı plastik kartına tətbiq edilir. Siz, bankın plastik kartı ilə ödəniş edən zaman, yəni pulu xərcləyərkən məbləğin müəyyən faizi kartınıza geri qayıdır və ya kartınızda bonuslar (xal) şəklində toplanır, sonda isə ondan istifadə edə bilirsiniz.
Bu tədbirin əsas məqsədi müştərilərin diqqətini cəlb etmək, rəqabətdə önə çıxmaq və satışa sövq etməkdir. Lakin, qeyd etməliyik ki, bundan qazanan da elə müştərilərin özüdür.
Bəs hansı banklarımızın plastik kartlarına cash back tətbiq olunur?
Banco.az olaraq Azərbaycanda kartlarına cash back tətbiq edən bankları, onların plastik kartlarını və cash back faizini araşdırdıq. Bu kartlardan istifadə etmək sizin də xeyrinizə olacaqdır.
Aşağıdakı siyahıdan cash back faizinə görə kartların siyahısı ilə tanış ola bilərsiniz:
(Qeyd edək ki, cədvəldə maksimum cash back faizi qeyd olunub və həmin kartlar vasitəsi ilə xərclənən pula həmin faizə qədər istənilən faiz dərəcəsi tətbiq oluna bilər).
Bank |
Kart |
Cash back |
Partnyor sayı |
Unibank |
Bütün kartları |
30% |
|
Expressbank |
Bütün kartları |
20% |
|
Bank Respublika |
Bütün kartları |
20% |
300-dən çox |
Turanbank |
Bütün kartları |
20% |
|
Bank of Baku |
Bolkart |
15% |
|
Kapital Bank |
Birkart |
10% |
|
Visa Platinum, Visa Trio Platinum, MasterCard Platinum |
0.4% |
||
Visa İnfinite, Visa Trio İnfinite, MasterCard World Elite |
0.5% |
||
AccessBank |
Butun kartları |
7% |
200-dən çox |
Yapı Kredi Bank |
WorldCard PulKart |
- |
- Unibank-ın plastik kartları ilə nəinki partniyor, həm də qeyri-partniyor şəbəkələrdən alış-veriş edən zaman cash back əldə edə bilərsiniz. Bu zaman cash back faizi 0,1-0,3% arasında dəyişəcəkdir.
- Expressbank-ın kartları ilə də qeyri-partniyor şəbəkələrdə xərclənən vəsaitin 0,3%-i karta geri qayıdacaqdır.
- Bank Respublika-nın plastik kartları ilə partnyor şirkətlərin şəbəkəsində nağdsız şəkildə alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin müəyyən %-i sizə bonus şəklində “Pay” verilir. Bu “Pay”lar Sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər (nağd şəkildə çıxarıla bilməz).
- Yapı Kredi Bank kartları ilə əməkdaşlıq etdiyiniz mağazalarda alış-veriş etdiyiniz zaman bal qazana bilərsiniz. Qazandığınız ballarınızla isə World Üzv Ticarət Obyektlərində alış-veriş edə bilərsiniz. Qeyd edək ki, qazana biləcəyiniz ballar mağazayla bank arasında olan müqavilədən aslı olaraq dəyişə bilər.
Cədvəldən də gördüyünüz kimi hər bir bank üzrə karta geri qaytarılan faiz məbləği müxtəlifdir. Bəzi banklarda cash back faizi nə qədər çox olsa da partnyor şirkətlər daha azdır, bəzilərində isə faizin aşağı olmasına baxmayaraq, partnyorlar daha çoxdur.