Banco.az saytı olaraq, bu gün fərqli bir mövzunu araşdırdıq.
Əgər, "Kartıma hansı ödəniş sistemi ilə pul köçürə bilərəm?" deyə axtarış içərisindəsinizsə, sizə yardımçı ola bilərik.
Söhbət təbii ki, debet kartlarından gedir.
Debet kart nədir?
Bu kart mal və xidmətlər üzrə ödənişlər etmək, bankomatlarda nağd pulların çıxarılması üçün istifadə olunan bank ödəniş kartıdır. Bu kartlar vasitəsilə dünyanın istənilən nöqtəsində, həm bankomatlardan nağd pul çıxara, həm də ticarət mərkəzləri və mağazalarda ödənişlər apara bilərsiniz.
Bütün növ plastik kartlara istər bankın filiallarına yaxınlaşaraq, istərsə də banka məxsus Cash-in aparatlarından pul yerləşdirə bilərsiniz.
Əgər siz banka gedə bilmirsinizsə və ya yaxınlığınızda Cash-in aparatları yoxdursa, ödəniş sistemlərindən yararlana bilərsiniz. Lakin, bunu qeyd etməliyik ki, hər bank bu sistemdən istifadə etmir.
Bəs ödəniş sistemləri nədir?
Ödəniş sistemləri istənilən xidmət növünün daha təhlükəsiz və ani ödəniş imkanını təqdim edir.
Hal-hazırda ölkəmizdə MilliÖN, e-Manat, Expresspay, EasyPay ödəniş sistemləri geniş istifadə olunur.
Aşağıda təqdim etdiyimiz cədvəldə, hansı bankın debet kartlarına ödəniş sistemləri vasitəsilə mədaxil etmənin mümkün olduğunu görə bilərsiniz:
MilliÖn |
AGBank |
Bank Avrasiya |
Bank Respublika |
Bank Silk Way |
Bank Standard |
Dəmirbank |
Nikoil Bank |
eManat |
Bank Respublika |
Nikoil Bank |
Rabitəbank |
Turanbank |
Unibank1 |
Expresspay |
Expressbank |
Easy Pay |
Nikoil Bank |
1 - Unibank-ın sadəcə "Albukart" debet kartına ödəmə sistemi ilə pul köçürmək mümkündür. Digər debet kartlarına vəsait yerləşdirmək üçün banka və ya Cash-in aparatlarına yaxınlaşmalısınız.
Təqdim etdiyimiz cədvəldən də gördüyünüz kimi, çox az sayda bankın debet kartına pul mədaxil edə bilərsiniz. Bu xidmətdən yararlanmaq üçün bank kartınızın Visa və ya Mastercard olmasının heç bir fərqi yoxdur.
Digər banklarda isə kartınızın hansı valyutada açılmasından asılı olaraq manatla yerləşdirdiyiniz vəsait həmin gün bankın təqdim etdiyi məzənnəyə əsasən konvertasiya olunacaqdır.
Əslində ödəniş sistemləri ilə kartınıza pul yerləşdirmək heç də çətin deyil. Belə ki, siz terminala yaxınlaşırsınız, müvafiq bankı və daha sonra xidməti seçirsiniz. Sizdən müştəri kodu və ya şəxsiyyət vəsiqəsinin PIN kodu tələb oluna bilər. Lazım olan məlumatları daxil etdikdən sonra vəsaitinizi yükləyirsiniz. Sizə təqdim edilən çeki vəsait hesabınıza yüklənənə kimi atmamağı məsləhət görərdik.
Bəs, bu sistemə güvənmək olarmı?
Əlbəttə!
Yerləşdirdiyiniz vəsait bir neçə saat ərzində kartınıza köçürüləcəkdir. Lakin bir şeyi nəzərdə saxlamalısınız ki, vəsaiti yüklədiyiniz saat çox önəmlidir. Əgər siz günün birinci yarısında vəsait yükləsəniz günün ikinci yarısına kimi, günün ikinci yarısında (iş saatının sonuna yaxın) və ya iş saatı sonrası vəsait yükləsəniz növbəti iş günün birinci yarısında vəsaitiniz hesabınıza yerləşdiriləcəkdir.
ƏN ƏSASI, BU XİDMƏTDƏN İSTİFADƏ ÜÇÜN SİZDƏN HEÇ BİR ƏLAVƏ KOMİSYON HAQQ TUTULMAYACAQ!!!
Siyahıda olan bankların çoxalması ümidilə, sevimli oxucularımıza son olaraq demək istəyirik ki, cibiniz bol, pulunuz artımlı olsun :)