Hansı bankda Virtual Kartlar daha əlverişlidir? | Banco.az

Hansı bankda Virtual Kartlar daha əlverişlidir?

İnternetdən alış-veriş etmək istəyir, amma özünüzü etibarda hiss etmirsinizsə Virtual Kartları istifadə edə bilərsiniz.

Virtual Kart nədir?

Virtual Kart, əsl kredit kart xüsusiyyətlərini daşıyan bir kredit kartı nömrəsidir.

Virtual kart, kredit kartı ixrac edən təşkilatların müştərilərinin internet vasitəsilə etibarlı olaraq mal və xidmət satın ala bilmələrini təmin etmək, fırıldaqçılıq əməliyyatlarını aradan qaldırmaq məqsədi ilə ortaya çıxarmış olduqları bir kart növüdür. Bu cür kartlar fiziki olaraq müştərilərin ciblərində ya da pulqabılarında olmur, şəxslərə şifrə olaraq sertifikat şəklində yazılı məlumat olaraq verilir. Müştərilər banklarının onlara verdiyi bu kartları fiziki olaraq karta ehtiyac duyulmayan əməliyyatlarda istifadə edə bilirlər.

Bu kart var olan, amma olmayan kartdır. Yəni, əslində sizin adınız, kartın qüvvədə olma müddəti, 16 rəqəmli nömrə və CVV2/CVC2 kodunuz olur. Lakin, kartınız olmur. Bu kartlar sizi ola biləcək internet saxtakarlığından qoruyacaqdır. Sırf internet üzərindən alış-veriş aparmaq üçün hazırlanmış Virtual Kartlar Azərbaycanda bir sıra banklarda mövcuddur. Hər bank özünəməxsus şəkildə bu xidməti müştərilərinə təqdim edir. Bəzilərində isə ümumiyyətcə bu xidmət yoxdur.

Siz bu siyahıdan Azərbaycandakı mövcud virtual kartlar və ödənişləri barədə  məlumat ala bilərsiniz.

Bank

Kart

Qiymət

Müddət

Minimum ilkin mədaxil

AFB Bank

Mastercard Vitual

20 AZN

3 il

Zəruri deyil

AGBank

VISA Virtual
Mastercard Virtual

12 AZN

1 il

Zəruri deyil

ASB Bank

VISA Virtual

5 AZN

3 il

Zəruri deyil

Bank of Baku

MC Virtual

2 AZN (hər bir ay üçün əlavə 1AZN)

Özünüz müəyyən
edirsiniz

Zəruri deyil

Bank Respublika

VISA Virtual

 Ödənişsiz

3 il

100(AZN/USD)

Bank Technique

VISA Virtual

8 AZN

1 il

Zəruri deyil

Beynəlxalq Bank

VISA InterCard
MasterCard WebCard

10, 19, 28 AZN

1, 2, 3 il

Zəruri deyil

DəmirBank

VISA Virtual

8 AZN

1 il

Zəruri deyil

Kapital Bank

VISA Virtual

5 AZN

1 il

Zəruri deyil

Parabank

VISA Virtual

5 AZN

1-3 il

Zəruri deyil

Unibank

Click Card

5 AZN

3 ay

Zəruri deyil(ancaq USD)

Xalq Bank

VISA Virtual

10 AZN

1 il

Zəruri deyil

Ən sərfəli kredit üçün müraciət et

Bu kartlardan istifadə etmək üçün əvvəlcədən balansa pul köçürmək lazımdır. Kartın hesabında gözlənilən alış-verişlər üçün tələb olan məbləğdə vəsait saxlamaq lazımdır. Bundan sonra hesab sıfıra enir və ona görə də kredit kartlarının nömrələrini əldə etmək üçün xüsusi saytları yaradan dələduzlar üçün bu kartlar heç bir maraq kəsb etmir. Bu kartların sisteminin digər ödəniş kartlarından fərqliliyi ondadır ki, bu kart yalnız internetdə xidmət və malların ödənilməsi üçün nəzərdə tutulur və buna görə də onun üzərində nə maqnit zolağı, nə də imza üçün panel yoxdur. Bütün bunlar onun İnternet şəbəkəsindən kənarda istifadəsini mümkünsüz edir.

Virtual kartı necə almaq olar?

Bunun üçün iş yerindən arayış və ya bir sıra sənədlərə ehtiyac yoxdur. Siz sadəcə şəxsiyyət vəsiqə ilə banka yaxınlaşırsınız və ilkin ödəniş ödəməklə, 3 iş günü ərzində virtual kartınıza sahib olursunuz. Virtual Kartı daha sərfəli olaraq təqdim edən ASB Bank və Parabankdır. Belə ki, bu banklarda 3 illik kart 5 AZN-ə təqdim olunur.

Ölkəmizdə virtual kartlar sərbəst formada fəaliyyət göstərirlər. Lakin Yapı Kredi Bank Azərbaycanda əgər Worldcard-nız varsa, bu xidmət tamamilə pulsuz təqdim olunur və əsas karta bağlı olan bir kart yaradılır. Əgər siz alış-veriş etmək istəyirsinizsə, bankla əlaqə yaradıb, kartınıza istədiyiniz məbləği əsas kartınızdan köçürürsünüz. Növbəti 3 gün ərzində o məbləği istifadə etmədikdə, həmin məbləğ yenidən əsas kartınıza geri qayıdır.

Unutmaq olmaz ki, Virtual kartlar sizin nağlaşdırma əməliyyatlarınızın keçirilə bilmədiyi kartlardır. Əgər siz internet vasitəsilə alış-veriş etmə fenomenisinizsə bu kartlar tam sizə görədir. Təhlükəsizlik baxımından bu kartlar sizə olduqca kömək olacaqdır. Amma siz yenə də ehtiyatlı olun, kartınız olsa da, olmasa da. Necə deyərlər ehtiyat igidin yaraşığıdır :) 

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et