May ayı ərzində mətbuatda ən çox müzakirə olunan məsələlər sırasında Bank of Azerbaijan-ın likvidlik problemi, bankın idarə heyətinin dəyişməsi, sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınması, həmişəki kimi bankların məcmu kapital tələbini yerinə yetirməməsi ilə bağlı bəzi bankların bağlanma ehtimalının hələ də qüvvədə olmasını qeyd etmək olar.
Bununla yanaşı Unibank öz PR kampaniyaları ilə müsbət mənada göz önündə olmağı bacarmışdır.
May ayı ərazində banklar haqqında mətbuatda dərc olunan xəbərlərin sayı belə deməyə əsas verirn
Unibank - 441
Bank of Azerbaijan - 377
Kapital Bank - 236
PASHA Bank - 225
Bank of Baku - Sizə Yaxın Bankçılıq - 205
DemirBank - 173
Bank VTB (Azerbaycan) - 160
AtaBank - 153
Bank Technique - Gələcəyə toxun - 143
Azərbaycan Beynəlxalq Bankı - 117
Yapı Kredi Bank Azərbaycan - 99
Kapital Bankın 140 illiyi ilə əlaqədar keçirdiyi marketinq kampaniyaları və Paşa Bankın məhz may ayında illik maliyyə nəticələrinin açıqlanmasına dair hesabat verməsi, onları da ən çox müzakirə olunan banklar sırasına daxil etmişdir.
Könül Soltanova / Banco.az