GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə hesab.az vasitəsi ilə sığorta əldə etməyin üstünlüyündən və rahatlığından danışıb. O bildirib ki:
"Artıq hesab.az-da rahat şəkildə həm "Atəşgah Sığorta"dan, həm də "PAŞA Sığorta"dan 3 növ sığorta məhsulunu rahat əldə etmək mümkündür.
Dünən özüm icbari sığortami yenilədim. Çox rahatdır. Sadəcə avtomobil nömrənizi və şəxsiyyət vəsiqənizi daxil etmək kifayətdir. Beləcə qanunsuz agentlərin zəng etmələrindən də qurtula bilərsiniz. Sığortanı 1 klikə yeniləmək və ya avto-yeniləmə belə etmək mümkündür. Bu yaxınlarda sığorta satışları ilə bağlı xüsusi kampaniyamız olacaq. Hamınız sığortanı bizdən alacaqsınız! Eşidəcəksiniz!".