Hamının sevdiyi məşhur reklamlar necə hazırlanır? | Banco.az

Hamının sevdiyi məşhur reklamlar necə hazırlanır?

Dünyaca məşhur şirkətlər reklam kompaniyalarını hazırlamaq üçün xüsusi dizaynerlərlə işləyirlər. Bu məqamlarda insanların xüsusilə həssas olduğu mövzulara, hadisələrə və ya əşyalara müraciət etmək markalara böyük rəğbət qazandırır. Statistika təsdiqləyir ki, reklamların şirkət qazancında təsiri əvəzolunmazdır. 

İndi isə Banco.az sizin üçün məşhur şirkətlərin şüarları və dizayn nümunələri ilə səs-küy yaradan reklamlarını təqdim edir.

Tele2: "Kiçik müəssisələri gücləndiririk" şüarı ilə şirkət bu sloqanı tam əks etdirən bir təqdimat plakatı hazırlamışdı.

tele2

Focus Optika - Eynək istehsal şirkəti "Hiss etməyə fokuslanın" deyərək bir cüt eynəyin yarada biləcəyi hissi önə çəkmişdi.

 Focus Optika

Continental - "Hava proqnozu: Təhlükəsizlik" şüarını istifadə edən Continental şinlər şirkəti pis hava şəraitində sürüşkənlik təhlükəsizliyini müvəffəqiyyətlə vizuallaşdırıb.

Continental

Coca-Cola - İlk dəfə baxdığınız zaman bunu görə bilməzsiniz, ancaq diqqətlə nəzər yetirəndə Coca-Colanın şüşələrinin açılması zamanı yaranan köpüyə emojilərin əlavə olunması uğurlu reklam afişasını ortaya qoydu.

Coca-Cola

iPack - "ağıllı qablaşdırma" xidmətini təşviq etmək üçün qoruyucu köpük muncuqlarından istifadə edən şirkət vizual olaraq möhtəşəm təqdimata imzasını qoymağı bacardı.

iPack

EndAgeism - Yaşlılığa qarşı mübarizə aparan EndAgeism, "Cəsarət heç yaşlamaz" və "Yaradıcılıq əsla yaşlanmayacaq" şüarları ilə maraq oyada bilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

endageism

Ford - ABŞ avtomobil nəhəngi Ford avtoqəza əyləcinə sahib Ford Ranger 2020 modelini tanıtmaq üçün "Onu gördüyünüz zaman çox gec deyil" şüarıyla diqqət cəlb edən reklam çarxını yayımladı.

Ford

Bingo - Məşhur yumşaldıcı markalardan olan Bingo tərəfindən hazırlanan reklam afişasında "Xoş ətir qoxusu hətta kabus qorxusunu məhv edər" mesajını vermişdi.

bingo

Transavia - Hollandiyada yerləşən Transavia hava şirkəti, "Miladdan sonrakı Milad" şüarından istifadə edərək ucuz qiymətə aviabiletlərə diqqət çəkdi və maraqlı dizayn nümunəsi sərgilədi.

transavia

Chupa Chups - Dünyanın ən böyük lolipop konfet istehsalçısı Chupa Chupsın "Sevgililər Günü"üçün təqdimat afişası sevgi anlayışının lolipop konfetlərində cəmləşdiyini ifadə edirdi.

Chupa Chups

Nutristar - Heyvanlar üçün xüsusi qidalar istehsal edən şirkətin "Hamilə bir inək düşündüyünüzdən daha kövrəkdir" şüarı ilə yayımladığı plakat dizayn yaradıcılığının sərhədlərini aşıb keçdi.

Nutristar

McCafe - McDonaldsın qəhvənin yuxunu azaltma təsirinə diqqət çəkmək istədiyi reklam afişası şirkətin reklam yaradıcılığının qüsursuzluğunu bir daha sübut etmiş oldu.

 

McCafé

Aida İsaq, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et