Güzəştli mənzillərin əvvəlki seçimində iştirak edənlərə məhdudiyyət qoyulmayacaq | Banco.az

Güzəştli mənzillərin əvvəlki seçimində iştirak edənlərə məhdudiyyət qoyulmayacaq

MİDA mənzillərin satışına kənar müdaxilələrin səbəbini açıqlayıb.

Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı deyib.

O bildirib ki, demo versiya vətəndaşlara 1 ay əvvəldən verilir: “Demo versiya sistemin əsl versiyası ilə birəbir eyni hazırlanıb. Müdaxilələr də xüsusi işbazlar tərəfindən proqramların hazırlanması nəticəsində olur. İşbazlar müraciət edən vətəndaşlara verilən Demo versiyaya uyğun olaraq proqram yazdırıblar. Buna görə də hazırda bu problem yaranıb. Bunun da qarşısını almaq üçün artıq biz xüsusi təhlükəsizlik tədbirləri alırıq. Bundan sonra kənar müdaxilələrin qarşısı alınacaq”.

Aparat rəhbəri bildirib ki, bütün mənzillər satış başlayan saatda seçim üçün aktiv olur: “Seçimin sürətli həyata keçirilməsi bəzi vətəndaşların mənzil seçimi mərhələsinə çatdıqda mənzili görməməsinə səbəb olur. Bu zaman belə iddialar olur ki, seçimə mənzil çıxarılmayıb”.

Fərman Qurbanlı növbəti seçimin nə zaman keçiriləcəyinə də aydınlıq gətirib: “Hələ sistemdə bəzi işlər gedir. Bu işlər yekunlaşandan sonra növbəti mərhələ elan olunacaq və 1 ay əvvəldən mənzil seçimi ilə bağlı elan veriləcək. Əvvəlki seçimdə iştirak edən şəxslərə də heç bir məhdudiyyət tətbiq edilməyəcək”. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et