Güzəştli mənzil almaq istəyənlərin nəzərinə | Banco.az

Güzəştli mənzil almaq istəyənlərin nəzərinə

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılıb.

Agentlikdən verilən məlumata görə, mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, “Elektron İmza” və ya “Asan İmza” sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarınızı təkmilləşdirmək istəyənlər yanvarın 12-si saat 15:00-dan saat 15:30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi etmələri tövsiyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi 25 yanvar tarixində Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.

Fed.az