Güzəştli kreditlərin artırılması gözlənilir | Banco.az

Güzəştli kreditlərin artırılması gözlənilir

2014-cü ilin sonunadək İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə güzəştli kreditlər qismində əlavə 15 milyon manat ayrılması nəzərdə tutulur. 

Cari il üçün nəzərdə tutulmuş 280 milyon manat (kreditlərin qaytarılması hesabına 130 milyon manat, dövlət büdcəsindən 150 milyon manat) artıq mənimsənilib. Həmin vəsait bütün respublika üzrə sahibkarlıq subyektlərinin 5401 investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Bu layihələrin reallaşdırılması təqribən 12 min yeni iş yerinin açılmasına xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

SKMF-dən deyiblər ki, Maliyyə Nazirliyi ilə əvvəl verilmiş kreditlər üzrə qaytarılmış vəsaitlər hesabına biznes subyektlərinin kreditləşməsini davam etdirmək məsələsi artıq razılaşdırılıb: "İlin sonunadək bu məqsədlərə əlavə 15 milyon manat ayrılması planlaşdırılır".

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et