Güzəştli kreditlərdə dəyişiklik olacaq – AÇIQLAMA | Banco.az

Güzəştli kreditlərdə dəyişiklik olacaq – AÇIQLAMA

Azərbaycanda sahibkarlara güzəştli kreditlər ayrılan İqtisadiyyat Nazirliyinin tərkibindəki Sahibkarlığa Dəstək Fondunun fəaliyyətində dəyişiklik olacaq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Sahibkarlığa Yardım Fondunun fəaliyyəti ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun prioritetlərinə uyğun həyata keçirilməlidir. Nazir deyib: 

Ən sərfəli kredit üçün müraciət et

Buna daha aydın və ölçülə bilən şəkildə nail olmaq üçün bir sıra yeni yanaşmalar tətbiq oluna bilər. Bu yanaşmalardan biri prioritet təşkil edən sahələr üçün kredit portfelində kvotaların tətbiq edilməsidir. Aqrar sahə və emal sahəsi belə prioritet təşkil edən sektorlardan biridir. Bunlar üçün minimum çəki müəyyən edəcəyik».

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et