Güzəştli ipotekaya 50 milyon manat ayrıldı | Banco.az

Güzəştli ipotekaya 50 milyon manat ayrıldı

2015-ci ilin dövlət büdcəsində sosial ipoteka üçün Azərbaycan İpoteka Fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Məlumata görə,bu barədə Maliyyə Nairliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir. Bu 2014-cü illə müqayisədə 10 milyon manat və ya 25% artıqdır.

Qeyd edək ki, göstərilən məbləğ yalnız güzəştli (illik 4%-lə) ipoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulub. Adi şərtlərlə (illik 8%-dək) ipoteka kreditlərinin verilməsi üçün isə AİF istiqrazlar buraxır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, təkcə bu ilin ilk 9 ayında Azərbaycanda ümumi məbləği təqribən 80 milyon manat olan 1839 ipoteka krediti verilib.   

Fins.az