Güzəşt müddətli kredit kartları təklif edən banklar - ARAŞDIRMA | Banco.az

Güzəşt müddətli kredit kartları təklif edən banklar - ARAŞDIRMA

Artıq əksər insanlar bir çox gündəlik fəaliyyətlərində plastik kartlardan istifadə edir. Plastik kartlar debet ve kredit kartları olmaqla iki hissəyə bölünür. Debet kartları müştərilərin öz vəsaitləri hesabına bank əməliyyatlarının aparılması üçündür. Kredit kartları isə əsasən bank tərəfindən ayrılmış müəyyən limit daxilində istifadə imkanı verən kartlardır.

Bank müştərinin gəlirinin miqdarına, onun tarixçəsinə, çalışdığı müəssisəyə v.s şərtlərə əsasən müştəriyə müəyyən limitdə kredit ayırır. Kreditdən fərqli olaraq müştəri, kredit kartındakı limitdən kart etibarlı olduğu vaxt ərzində istədiyi vaxt istifadə edə bilir və yalnız istifadə etdikdən sonra istifadə edilən məbləğə faiz hesablanır. Amma ele kredit kartları vardır ki, onlar müştəriyə müəyyən müddət güzəşt müddəti təklif edir. Bu şərt, müştəriyə istifadə edilən məbləği güzəşt müddəti ərzində faizsiz şəkildə istifadə edib yerinə qoymaq imkanı verir. Bu zaman bankdan asılı olaraq nağdlaşdırma komissiyası tətbiq oluna bilər.

Aşağıdakı cədvəldə sizə güzəşt müddəti ilə kredit kartı verən bankları təqdim edirik. Cədvəldəki məlumatlara əsasən,  təklif olunan kredit kartlarının müddətləri, məbləği, valyuta, faiz v.s məlumatlar yer almışdır.

Bank

Məbləğ

Valyuta

Müddət

Faiz

Komissiya

Güzəşt müddəti

Amrahbank

300 - 5,000

AZN

3-12 ay

28%

1,50%

40 günədək

AtaBank

500 - 5000

AZN

12 ay

28%

tariflərinə əsasən

37 günlük

Azər Türk Bank[1]

500  - 5000

AZN

12-24 ay

27-28%

 

65 gün

Azərbaycan Beynəlxalq Bankı

maks 5 000

AZN

12 ayadək

28%

 

30-45 gün

Bank Avrasiya[2]

5000

AZN

24 ay

26%

1%

növbəti ayın 10-dək

Bank of Baku

200 - 10000

AZN

60 ay

 

 

40  - 45 gün

AGBank

300 - 5 000

AZN

12-24 ay

28%

1%

40 günədək

AccessBank[3]

10 000 AZN
20 000 USD/EUR

AZN/USD/EUR

36 aya qədər

24%

0%

40 günədək

Bank VTB

300  - 10 000

AZN

12 - 24 ay

27% - 28%

 

45 gün

Expressbank

500 - 8000

AZN

12-48 ay

28%

 

növbəti ayın 5-dək

Xalq Bank

500-50000

AZN

2-12 ay

20 - 28%

0.1%

 35 günlük

Kapital Bank

10.000 AZN-dək

AZN

36 ay

25%

1.5 %

növbəti ayın 10-dək

Naxçıvanbank

15000 manatadək

AZN və USD

12-36 ay

18%

 

Var

NİKOiL Bank

300-30 000

AZN

 6-36 ay

22%-dən başlayaraq

1-1.5%

35 günədək

PAŞA Bank[4]

 

AZN/USD/EUR/GBP

 12 ay

 

1%

növbəti ayın 15-i kimi

Rabitəbank

300 - 5000

AZN

12 ay

29%

1%

30 gün

Premium Bank

əmək haqqının 5 mislinədək
500-5000

AZN

12 ay

25 %

 

30 gün

Unibank

maks 5.000

AZN

60 ay

29%

1% (min 20 AZN)

növbəti ayın 10-a dək

Ən sərfəli kredit üçün müraciət et

 

[1]İstifadəolunanməbləğ 65 günərzindəgeriqaytarılmadıqda, həminməbləğin 3%-i həcmindəbirdəfəlikkomissiyatətbiqediləcəkvənövbətigündənetibarənfaizhesablanmasıbaşlayacaqdır.

[2]Daşınmaz əmlak girovu ilə 20 000 AZN məbləğ verilə bilər.

[3] Əmanət əsasında verilən kredit kartları

[4] Xarici valyutada kredit xətləri yalnız depozit təminatı ilə verilə bilər

[1]İstifadə olunan məbləğ 65 gün ərzində geri qaytarılmadıqda, həmin məbləğin 3%-i həcmində bir dəfəlik komissiya tətbiq ediləcək və növbəti gündən etibarən faiz hesablanması başlayacaqdır.

[2]Daşınmaz əmlak girovu ilə 20 000 AZN məbləğ verilə bilər.

[3] Əmanət əsasında verilən kredit kartları

[4] Xarici valyutada kredit xətləri yalnız depozit təminatı ilə verilə bilər