Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 3 milyard 512 milyon 430 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin 1 milyard 26 milyon 729 min dolları ixracın, 2 milyard 485 milyon 701 min dolları idxalın payına düşüb.

İllik müqayisədə ixrac 22,9% artıb, idxal isə 15,4% azalıb.

Hesabat dövründə ən çox ixrac Çin, Qırğızıstan, Azərbaycana edilib, idxal isə Türkiyə, Rusiya və Çindən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram